Bu gün:

Huntington xəstəliyi nədir?


Huntington xəstəliyi, beyindəki sinir sisteminin ciddi səviyyədə parçalanmasından (dejenerasyon) qaynaqlanan bir xəstəlikdir. Olduqca nadir olaraq görülən xəstəlikdir.

Huntington xəstəliyi, insanların həyatını davam etdirə bilməsi üçün zəruri olan bütün funksiya qabiliyyətlərinin təsirinə yol açar. Bu təsirlər düşünsəl, hərəkət və psikiyatrik pozğunluqların ortaya çıxmasına səbəb olur. Xəstəliyin əlamətləri, hər yaşda ortaya çıxa bilər. Ancaq simptomlar, yayğın olaraq otuzlu və qırxlı yaşlardan sonra gözlə görünür şəkildə ilərləyər. Huntington xəstəliyinin 20 yaşından əvvəl inkişafı “Gənc Huntington Xəstəliyi” olaraq adlandırılır. Erkən inkişaf zamanı huntington xəstəliyi fərqli belirtiler göstərər və daha sürətli ilərləyər. Anormal hərəkətlər, düşünmə ve ağıl yürütmə qabiliyyətlərində düşüş, əsəbilik və depressiya kimi beyin dəyişiklikləri gündən günə təsirini artırar. Bu da xəstənin hər gün daha da pis bir vəziyyətə gəlməsinə yol açar. Xəstəliyin təsirini azaltmaq üçün müxtəlif dərmanlar istifadə olunur. Ancaq xəstəliyin müalicəsi mümkün deyil. Nə qədər yavaş da irəliləsə, xəstəliyin seyri gündən günə xəstənin sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olur.

Mənbə: medicalpark

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et