Bu gün:

Arı sancması nəyə faydalıdır? Arı sancmasına nə yaxşı təsir göstərə bilər? ?


Arı sancması nəyə faydalıdır?

Mövzu ilə bağlı araşdırmalar arı sancması nəticəsində yaranan maye zəhərin artriti müalicə etməyə və hətta qarşısını almağa kömək etdiyini müəyyən etmişdir.

Müvafiq olaraq, elm adamları arı zəhərinin artritə səbəb olan zərərli iltihabı idarə edə biləcəyini müəyyənləşdiriblər. Qeyd olunub ki, bu zəhərin tərkibində orqanizmdə iltihabı tənzimləyən təbii hormonları artıran molekullar var. Mütəxəssislər hesab edirlər ki, arı zəhərindən artrit ağrısı üçün yeni müalicə üsulları hazırlamaqda istifadə edilə bilər.

Arı sancması nəticəsində yaranan maye zəhəri qan dövranını sürətləndirir. Oynaq iltihablarının səbəb olduğu ağrıları və oynaq iltihablarını aradan qaldırır.

Arı sancmasından bir neçə əsas xəstəliklərin müalicəsində istifadə edildiyi də bildirilir. Bu xəstəliklərdən biri astmadır. Digər xəstəliklərdən biri də MS xəstəliyidir. Avropada bir çox xəstələr bu üsulla müalicə olunur.

Bədəndə iltihabın qarşısını alır

Revmatizm və oynaq ağrılarına yaxşı təsir göstərir

Qan dövranını sürətləndirərək hərəkətliliyi artırır

Bəzi xəstəliklərin müalicəsində faydalıdır

İmmunitetə müsbət təsir göstərir

diş ağrısının qarşısını alır

Bəs arı sancmalarına qarşı nə etmək olar?

Bol su və sabunla yuyulduqdan sonra arı sancmalarının ağrısını azaldan bu təbii üsulları sınamaq olar:

Sarımsağı əzib arının sancdığı yerə çəkmək. Bu üsul həm də ağrıları yüngülləşdirir.

Həmin nahiyəyə lavanda yağı sürtmək ilə zəhəri məhv etmiş oluruq. 

Soda və su qarışığı ilə hazırlanmış məcunu arının sancdığı yerə çəkmək.

Soğanı yarıya bölmək və onun şirəli daxili hissəsini həmin nahiyəyə çəkmək.

Arıların hazırladığı bal arı sancmasına da xeyirlidir.

Cəfərinin bir neçə budağını doğramaq və şirəli formada yaraya çəkmək sancınln qarşısını alacaq və arının sancdığı nahiyənin tez bir zamanda sağalmasınl təmin edəcək. 

Mənbə: Sözcü Gazetesi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et