Uşaqlarda niyə baş ağrıları olur?
Baş ağrısı uşaq nevrologiyasında həkimə müraciət etməyin ən ümumi səbəblərindən biridir. Yeniyetməlik dövründə qızlarda oğlanlara nisbətən iki dəfə çox rast gəlinir. Yeddi yaşlı uşaqların 40%-i və 15 yaşlı uşaqların 75%-i nadir baş ağrılarından şikayətlənir.
Diş çürüməsi, qulaq infeksiyası, burun tıxanması, göz problemləri və yoluxucu xəstəliklər kimi bir çox səbəb uşaqlarda baş ağrılarına səbəb ola bilər.
Uşaqlarda baş ağrıları iki əsas qrupda qiymətləndirilir: birincili baş ağrıları və ikincil baş ağrıları. Baş ağrısı diş xəstəlikləri, göz xəstəlikləri, sinüzit, çənə oynaq problemləri, qulaq infeksiyası, burun tıxanması, boğaz infeksiyası, beyin qanaması, travmalar və beyin şişi kimi başqa bir səbəbdən qaynaqlanırsa, ikinci dərəcəli baş ağrısı olaraq təyin olunur. Uşaqlıqda ən çox görülən əsas baş ağrıları gərginlik tipli baş ağrıları və miqrendir.
Baş ağrıları tez-tez yuxarı tənəffüs yollarının infeksiyaları zamanı baş verir, lakin infeksiya aradan qalxdıqca ağrı da yox olur. İlkin baş ağrıları; miqren, gərginlik və digər xüsusi növ baş ağrılarıdır. Bunlar arasında miqren ən çox yayılanıdır. Məşhur inancın əksinə sinüzit baş ağrısına daha az səbəb olur. Məşhut olan bir digər fikir ondan ibarətdir ki, uşaqlıqda bu iki növ ağrı əslində eyni xəstəliyin iki fərqli göstəricisidir.
Körpələrdə baş ağrısını göstərən əlamətlər hansılardır?
Diaqnoz üçün ən əsas addım ailənin müşahidəsidir. Əgər uşaqlar baş ağrısı səbəbindən gündəlik işlərini yerinə yetirə bilmirsə, ev tapşırıqlarını yerinə yetirməkdə və dərsi dinləməkdə çətinlik çəkirsə, həkimə müraciət edilməlidir. Uşaqların 3 yaşına qədər şikayətlərini açıq şəkildə ifadə edə bilmədiklərini nəzərə alaraq, bu yaş qrupunda ani və qabarıq qusma, yuxuya meyl, həddindən artıq ağlama, narahatlıq və tarazlıq pozğunluğu kimi simptomları izləmək lazımdır.
Uşaqlarda miqren ola bilərmi?
Migrenin ailəvi ötürücü xüsusiyyəti var. Ailəsində baş ağrısı olan, ürəkbulanma və qusma ilə müşayiət olunan, işıq və ya səsdən narahat olan, aqressiv və bir saatdan çox davam edən titrəyici baş ağrısı olan uşaqlarda miqren olma ehtimalı yüksəkdir. .
Yetkinlərdən fərqli olaraq uşaqlıq miqrenində çox vaxt uşağın yatmaq istədiyi, ağrının yuxu ilə yaxşılaşdığı, ikitərəfli və iki saatdan az davam etdiyi müşahidə olunur. Uşaqlar miqren ağrısını “məni çəkiclə vururlar” və ya “başıma nəsə döyür” kimi təsvir edə bilərlər. Aclıq, müəyyən qidalar, səs-küy, isti-soyuq və stress kimi faktorlar miqren ağrısını şiddətləndirə bilər.
Uşağın baş ağrıları psixoloji ola bilərmi?
Bu sualın cavabı həm böyüklərdə, həm də uşaqlarda altda yatan ikincil səbəbə görə baş ağrısının olmadığına əmin olduqdan sonra verilməlidir. Baş ağrıları yalnız psixoloji səbəblərdən (depressiya, narahatlıq pozğunluğu və s. nəticəsində) baş verə bilər. Tez-tez görülən şey, əsas baş ağrıları olanlara əlavə olaraq bu cür pozğunluqların olmasıdır. Uşaqlarda baş ağrıları ilə birlikdə məktəb problemləri və ailə problemləri də görünə bilər. Bunlardan hansının baş ağrısına səbəb olduğunu yalnız mütəxəssis həkimlər müəyyən edə bilər. Bu baxımdan uşaq psixiatrları, ailə, uşaq və müəllim arasında əməkdaşlıq lazım ola bilər.
Uşaqlarda baş ağrısının müalicəsi necə olmalıdır?
İlk növbədə uşağın yuxu rejimi təyin edilməlidir.
Yemək tərzi də baş ağrısına səbəb ola bilər. Yemək mütəmadi olaraq verilməlidir.
Hər dəfə baş ağrısı zamanı ağrıkəsicilər verilməməlidir.
Tutqun, sakit otaqda dincəlməsinə icazə vermək və ağrıkəsicilərin yalnız həkim ilə məsləhətləşərək mütləq zəruri olduğu hallarda vermək lazımdır.
Ailələr bəzi xəbərdarlıq əlamətlərinə qarşı diqqətli olmalıdırlar. Əgər uşaq gecə baş ağrısı ilə oyanırsa və ya səhər oyanan kimi başı ağrıyırsa, şiddəti getdikcə artan baş ağrısı varsa və ya əlavə nevroloji əlamətlərlə müşayiət olunursa, gecikmədən həkimə müraciət edilməlidir.
Əgər baş ağrısı yaxın vaxtlarda başlayıbsa, şiddəti və tezliyi artırsa, xəstəni gecə yuxudan oyadırsa, həmişə səhərlər baş verirsə, adətən qusma ilə müşayiət olunursa və indiyə qədərki ən şiddətli baş ağrısıdırsa, başqa səbəblərdən yaranan baş ağrıları nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə malik baş ağrılarının səbəbləri: Beynin özündən qaynaqlanan hadisələr (şiş, epilepsiya, qanaxma, meningit, damar tıkanıklığı, anevrizma və s.) ola bilsə də, digər sistemləri təsir edən xəstəliklər də (yüksək qan təzyiqi, hormon pozğunluğu və s.) ola bilər.
Mənbə: abdurrahmanyildirim.com
Tərcümə etdi: Aminə Paşazadə
