Bu gün:

Narsizmin növləri hansılardır?


Narsisizmdə insan ilk növbədə və həmişə öz ehtiyaclarına diqqət yetirir: Daimi dəstək, tərif, başa düşülmək gözləyir. Digər tərəfdən, o, ətrafındakıların ehtiyaclarına son dərəcə həssasdır. O, insanları öz məqsədləri, ehtiyacları üçün istifadə edir və sonra onlardan üz döndərir. Başqalarının hisslərini anlaya və ya empatiya qura bilməz. Bəzən nəzakət həddini aşan təkəbbür və ətrafındakıları dəyərsizləşdirən rəftarları ola bilər.


Sərgiçi Narsisist

Valideynlərin övladları vasitəsilə əldə edə bilmədikləri məqsəd və hissləri həyata keçirməyə çalışdıqları bir vəziyyətdir. Uşaqlar yüksək standartlara malik olaraq böyüdükləri üçün onlar daim uğur qazanmağa və təqdir olunmağa çalışırlar. Bu vəziyyətlərdə özlərini daha xoşbəxt hiss edirlər. İnsanlarla empatiya qura bilmirlər, dostluqları öz maraqlarına əsaslanır.

Gizli Narsisist

Gizli narsistlər narsistik xüsusiyyətlərə malik olmayan və adətən özünü göstərməyən insanlardır. Bu insanlar utancaqdırlar və çox danışmırlar. Davamlı olaraq bəyənilməyə can atırlar və razılıq almadıqda özlərini sərt tənqid edirlər. Onlar daha çox dinləyən tərəfdədirlər. İnsanların uğurlarına gizli qısqanclıqla yanaşırlar. Onlara da mənfi təsir göstərməyə, aşağı salmağa çalışırlar.

Narsisistik devalvasiya

Bu insanların həyatda çətinlikləri var. Çox vaxt aqressiv davranırlar. Uşaqlıqda çox tənqid olunduqları və dəyər verilmədikləri üçün sonrakı həyatlarında münasibətlərində və dostluqlarında problemlər ola bilər. Münasibətlərində daha çox istismar edən tərəfdə olurlar.Hər bir insan öz ailəsi və ətrafı tərəfindən diqqətə çatdırılmaq, bəyənilmək və təqdir edilmək istəyir. Vəzifəsindən asılı olaraq şəxsi ehtiyacları üçün vaxtaşırı digər insanlardan da dəstək istəyə bilər. Bu, müəyyən dərəcədə çox normal, sağlam hiss və münasibətdir. Ancaq Narsissizm haqqında danışarkən mövzu 'sağlam' sərhədləri aşdı.

Bu insanların müalicə prosesi zamanı əsas etibarsızlıq və dəyərsizlik hissi aşkarlana bilər. Narsisistik şəxsiyyət pozğunluğu yalnız klinik psixoloqlar və ya psixiatrlar tərəfindən diaqnoz edilə bilər. Özünə və yaxınlarına çox yüksək hədəflər qoymaq, daim uğur əldə etmək ehtiyacı, empatiyanın olmaması kimi xüsusiyyətlər klinisyenlərə diaqnoz qoymağa kömək edir. 

Mənbə:npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et