Biz insanlar üçün qisas çox vaxt şirin olur. Çoxumuz zaman-zaman bizi incidən insanlardan intiqam almaq istəyirik, hətta bu insan bizim ən yaxınımız olsa belə. Biz tez-tez düşünürük ki, reallıqda ekranda gördüyümüz qisas almaq üçün çox yola gedən insanlar var. Bu hiss bir çox film və serialların mövzusu olub. Bəs bu hissin arxasında nə dayanır? Niyə qisas almaq istəyirik?
Çünki intiqam insanın yaralarını sağaltmaq üçün hiss edilən ilk duyğulardan biridir. Bəziləri bunu zamanın öhdəsinə buraxıb bağışlamağın qisas olduğunu düşünür, bəziləri isə buraxmır və bunun qəzəbini soyudacaq və sona qədər hərəkətə keçirəcək yeganə həll yolu olduğunu düşünür. Bəzən ölçüləri olduqca böyük olur, insanlar çox risk alırlar. İnsan intiqamla zərər gördüyü məsələdə itirdiyi gücü qazanmağa çalışır və bu, insan üçün bir növ üsul olur. Amma tanınmayan qisas hər iki insana təsir edən bir hərəkətdir və bu hərəkət nəticəsində hər iki şəxs zərər görür. İntiqam bir duyğudur və emosiyaları müəyyən edən bizim dəyər mühakimələrimiz və inanclarımızdır. Əslində intiqam insanın özü haqqında düşüncələri ilə bağlıdır. Əgər insan çox hirslənirsə və hansısa məsələdən qisas almaq istəyirsə, bu məsələnin tarixinə baxmaq lazımdır və bu reaksiyanın səbəbi mütləq oradan üzə çıxacaq.
Mənbə: rasyonelpsikoloji.com
Tərcümə etdi: Rəhimə Cəmilova
