Təəssüf ki, rəqabət şiddətli olduqda, tələbələr öyrəndiklərindən həzz ala bilməzlər. Onlar öyrəndiklərinə deyil, başqalarının öyrənib-öyrənməməsinə və ya özlərindən daha yaxşı öyrənib-öyrənməmələrinə diqqət yetirirlər.

Rəqabət zaman özünü zəif görən tələbə narahat olmağa və özünü günahlandırmağa başlaya bilər. Xroniki kədər və tənhalıq hissi tələbələri dəyərsiz hiss etdirə bilər. Rəqabətin ən spesifik nəticələrindən biri ondan ibarətdir ki, tez-tez eyni şəxs və ya insanlar, səbəbdən asılı olmayaraq qalib gəlir. Təlim illərində həmişə eyni insanların ön planda olması yarışmada qalib gələ bilməyənlərin xroniki dəyərsizlik hissi ilə üzləşməsinə səbəb ola bilər. Bu zaman tələbələr ya qalib gələ bilməyəcəklərini düşündükləri müsabiqəyə qatılmaqdan vaz keçə, ya da özlərini dəyərli hiss etdirmənin müxtəlif yollarını axtara bilərlər. Yalnız uğursuzluq hiss edən tələbələr rəqabətin mənfi nəticələrindən təsirlənmir; Müsabiqənin qalibləri də “qalib” titullarını qorumaq üçün stresə düşə bilərlər.
Rəqabətin şiddətli olduğu mühitlərdə bir-birini dəstəkləmək əvəzinə, daha fərdi perspektiv üstünlük təşkil etdiyindən tələbələr arasında mühakiməedici münasibətə tez-tez rast gəlinir. Müsbət rəyin qarşısını ala biləcək bu vəziyyət inkişaf üçün məhdudlaşdırıcı faktora çevrilir. Tələbələrin həyata hazırlaşdığı mühitdə dəstək əvəzinə mühakimə üstünlük təşkil edərsə, bu, müvəffəqiyyət duyğusunun tələbələr üçün zərurətə çevrilməsi ilə nəticələnə bilər. Təbii ki, bütün bu mənfi nəticələrin rəqabət mühitində görünəcəyini və ya rəqabətin bütün tələbələr üçün neqativləri özü ilə gətirəcəyini ümumiləşdirə bilmərik. Yalnız idarə olunmayan və yanlış inkişaf edən rəqabət hissinin potensial nəticələrini düzgün təhlil etməyin faydalı olacağını düşünürük.
Mənbə: originstakademi
Tərcümə etdi: Rəhimə Cəmilova
