Bu gün:

Qurudulmuş tutun faydaları


Tut qurusu qan dövranını tənzimləyir, immun sistemini gücləndirir, ürək xəstəliklərinin və iltihabların qarşısını alır. Tərkibindəki A, K, B və C vitaminləri ilə xəstəliklərə qarşı əhəmiyyətli təsir göstərən bir qida maddəsidir.

Tərkibindəki yüksək lif sayəsində qəbizliyin qarşısını alır.Antioksidant quruluşa malik olan tut, sərbəst radikallarla mübarizə aparır və xərçəngdən qoruyur.Tərkibindəki kalium xüsusiyyəti ilə təzyiqi tənzimləyir və ürək sağlamlığını qoruyur.


• Dəmir ilə zəngin olduğuna görə qan azlığının qarşısını alır.

• Tərkibindəki kalsium və maqnezium sümük sağlamlığında böyük əhəmiyyətə malikdir.

• A vitamini ilə dəri sağlamlığını dəstəkləyir və qoruyur.

• Ağciyər infeksiyalarından məsul olan qrip viruslarının və bakteriyaların qarşısını alır.

• Beynin kalsium ehtiyacını ödəyir.


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et