Sağlam şəkildə əzələ böyütmək üçün əməl etməli olduğumuz bir sıra qaydalar var. Onlara sistemli şəkildə nəzər salacayıq.

Məşq:Mümkünsə, bir mütəxəssislə məsləhətləşərək müntəzəm və sistematik məşq cədvəli proqramlaşdırın. İlk dəfə başlayacaqsınızasa, əzələ məşqləri üçün xüsusi hazırlanmış proqrama müraciət etmək daha faydalı olacaq. Xüsusi cihazlar ilə işləmək hərəkətlərin səhv icrası ehtimalını aradan qaldıracaq, mümkün xəsarətlərin qarşısını alacaqdır.
Yuxu: Bədən yuxu zamanı əzələlərin bərpasını və böyüməsini təmin edir. Odur ki, məşqiniz ilə yanaşı yuxu rejiminizə də diqqət yetirməlisiniz. Kifayət qədər yatmaq sağlamlığınızı qoruyacaq və əzələ böyüməsini sürətləndirəcək.
Sağlam qidalanma: Pəhriz fiziki görünüşümüzə çox təsir edir. Nə yeyirsinizsə, onu əks etdirirsiniz. Təlimdən əvvəl və sonra nə ilə qidalanmalı olduğunuz barədə məlumatınız olmalıdır.
Səbirli olmaq: Bir neçə gün məşq edərək əzələlərinizin böyüyəcəyini və bir həftə içində arzuladığınız formanı alacağınızı düşünməməlisiniz. Bütün bunların davamlılıq tələb etdiyini və yeni həyata başladığınızı unutmamalısınız. Əzələlərinizi böyütmək və gücləndirmək vaxt aparacaq bir prosesdir. İlk növbədə bu barədə məlumatlı olmalısınız.
İstirahət müddəti: İnsana və fitness səviyyəsinə görə dəyişə bilsə də, məşq fəaliyyətləriniz üçün ən uyğun istirahət müddətlərini təyin etməli və onlara əməl etməlisiniz. Yadda saxlamaq lazımdır ki, fasiləkərdə həddindən artıq çox və ya çox az istirahət etmək əzələ inkişafına birbaşa təsir göstərir.
Genetik limit faktoru: Əzələ hüceyrələrinizin böyüməsində genetik məhdudiyyət faktoruna laqeyd yanaşmayın. Lif artımı və əzələ böyüməsində təsirli olan liflərin sayı 10% nisbətində genetikanızdan gəlir. Hər bədən quruluşunun fərqli genetikası olduğu üçün əzələlərdə böyümə sürəti hər kəsdə eyni cür deyil.
Kalorilərə diqqət edin: Əzələ formalaşdırmaq üçün lazım olan kalori miqdarı müəyyəndir. Müəyyən kalori qəbulundan aşağı düşmək işinizə mənfi təsir edəcək. Misal üçün; 500 qram əzələ yaratmaq üçün 2800 kalori istehlak etməlisiniz. Əgər uzun müddətdir çəki məşqləri ilə məşğul olmusunuzsa, adi haldan daha çox yemək yeməlisiniz. Qidalanma sağlamlıq üçün vacib bir məsələ olduğundan, istədiyiniz kimi nizamsız yemək əvəzinə dietoloqa müraciət edin.
Mənbə:koraysporblog.com
Tərcümə etdi:Uğur Hacıyev
