Bu gün:

Stress və narahatlıq pozğunluqlarından necə xilas olmaq olar?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ailə və uşaq psixoterapevti Aynur İsmayılovadır. Ekspert son dövrlərdə yaşanılan stress və narahatlıq pozğunluqları haqqında danışıb.


-Stress və narahatlıq pozğunluqlarından necə xilas olmaq olar?


Müasir dövrümüzdə stress və narahatlıq pozuntusu bəzi insanlar tərəfindən yaşanan faktdır. Bəzən bu insanlar tərəfindən normal hal kimi qarşılanır. Lakin bu psixoloji pozuntuya qədər uzanan bir problemdir. Çünki bir müddətdən sonra həmin insanların özlərinə qarşı şübhələri yaranmağa başlayır. Bundan xilas olmaq üçün ilk növbədə, insan öz həyat tərzini dəyişməlidir. İkinci növbədə, vərdişlərini, alışqanlıqlarını dəyişmək üçün özünə plan tutmalıdır. Ən əsası da burada psixoloq dəstəyi də mütləq olmalıdır. Həyatda baş verən müxtəlif zəlzələlər, sosial hadisələr, xəstəliklərin artması, müharibə-bunların hamısı stress və narahatlıq pozuntusuna sahib olan insanlara daha çox təsir edir. Psixoloqun dəstəyi və həyat tərzlərini dəyişmələri ilə stress və narahatlıq onlarda bir qədər azala bilər.


Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et