Şaftalı Çindən gələn bir meyvədir, lakin sərin iqlimi olan, demək olar ki, bütün ölkələrdə yetişdirilir. Mənşəyi 10-cu əsrə aid olan meyvə daha sonra Romalılara aparılaraq Fransa və İngiltərəyə yayılıb.

Şaftalının xarici qabığı qırmızı-sarı, daxili hissəsi isə ağ və ya sarı rəngdədir. Ağ şaftalılar, ümumiyyətlə, çox şirindir və az turşuluğa malikdir. Bununla belə, sarı olanlar, adətən, şirin ilə asidik bir dada malikdirlər.
Şaftalı A vitamini və kaliumla son dərəcə zəngindir, həmçinin bir sıra digər qida maddələrini ehtiva edir. Meyvə həmçinin kalsium, fosfor, kalium, maqnezium və vitamin E, K vitamini, tiamin, riboflavin, niasin, pantotenik turşu və seleniumla zəngindir.
Mənbə: Nasilbe
Tərcümə etdi: Nəzri Süleymanova
