Qida dəyəri çox yüksək olan lobyanı yemək üçün mükəmməl mövsümdür.Tərkibindəki həll olan və həll olunmayan maddələr sayəsində ürək xəstəlikləri riskini azaldır və zərərli toksinlərin atılmasını təmin edir. Lobyanın faydalatına daha geniş nəzər salaq.

1. Xoraların qarşısının alınmasındakı təsiri ilə həzm sistemindəki turşunu neytrallaşdırır.
2. Retinanı qoruyur və kataraktın qarşısını alır.
3. Stress və depressiyanı azaltmaqla yanaşı, sinir sistemini də qorumağa kömək edir.
4. Tərkibindəki K vitamini ilə sümük quruluşunu qorumağa kömək edir.
5. Güclü immun sisteminin qurulması üçün vacib olan C vitamini ehtiva edir.
6.Tərkibindəki yüksək lif sayəsində toxluq hissi yaradır ki, bu da pəhriz saxlayanların işini asanlaşdırır.
Mənbə:npistanbul
Tərcümə etdi:Nailə Hadizadə
