Bu gün:

Gülüş həyatımıza necə təsir edir?


Gülüş haqqında yalnız müsbət emosiyaların xoş təzahürü kimi danışırıqsa, deməli onu kifayət qədər çox qiymətləndirmirik. Axı, gülüş psixi və fiziki sağlamlığımıza daha çox fayda gətirir! Gəlin onun niyə faydalı olduğunu anlamağa çalışaq.


Gülən zaman beynimiz endorfin və ya xoşbəxtlik hormonu ifraz edir. Yaxşı əhval-ruhiyyəmizə cavabdeh olan və həyatdan həzz almağımıza imkan verən odur. Zorla gülsək belə, endorfinlər istehsal olunur və bir müddət sonra özümüzü həqiqətən yaxşı hiss etməyə başlayırıq.


Əgər işləyərkən vaxtaşırı bir gülüş sizi yayındırırsa - həmkarlarınızla bir neçə zarafat etmək və ya instaqramda məzəli pişik videolarına baxmaq istəyirsinizsə, siz daha səmərəli işləyə biləcəksiniz. Gülərkən beyniniz həddindən artıq stressi buraxır və siz təzə "baş" ilə işə qayıdırsınız. 


Tez-tez və yoluxucu şəkildə gülən insanlar da var. Duyğularınızı göstərməkdən və mümkün qədər tez-tez və səmimi şəkildə gülməkdən qorxmayın, sonra insanlarla ünsiyyət daha asan və daha xoş olacaq.


Mənbə:redbull.com


Tərcümə etdi: Səmayə Qədirova 

Paylaş
Şərh əlavə et