Bu gün:

Bipolyar pozğunluğu nədir?


Bipolyar pozğunluq həddindən artıq yüksəklərdən (maniya və ya “manik” epizodlar) aşağı səviyyələrə (depressiya və ya “depressiv” epizod) qədər dəyişən əhval-ruhiyyənin qeyri-adi dəyişməsinə səbəb olan ciddi psixi xəstəlikdir.

Bipolyar pozğunluğu olan bir insan da enerji, düşüncə, davranış və yuxuda dəyişikliklər yaşayır. Bipolyar əhval-ruhiyyə epizodları zamanı gündəlik tapşırıqları yerinə yetirmək, işə və ya məktəbə getmək, münasibətləri qorumaq çətindir. 

Bipolyar pozğunluğun növləri:

Bipolyar I pozğunluq: ən azı bir manik epizod tarixinin olması, lakin bəzən də depressiya və ya hipomanik epizodların olması.

Bipolyar II pozğunluq: bərabər əhval-ruhiyyədən yüksəkdən aşağıya qədər dəyişən əhval halları, lakin yüksəklər daha az ekstremaldır və hipomanik vəziyyətlər adlanır. 

Siklotimik pozğunluq: bipolyar I və ya II pozğunluqlarda yaşananlar qədər uzun, şiddətli və ya tez-tez olmayan daha xroniki əhval-ruhiyyə qeyri-sabitliyi (həm yüksək, həm də aşağı). 

Bipolyar pozğunluğun hər bir növü manik və ya depressiv epizodlar arasında simptomların azaldığı və ya insanların sabit hiss etdiyi dövrləri əhatə edir. Bozukluğun növləri arasındakı əsas fərq, əhval-ruhiyyənin nə qədər ekstremal olması və nə qədər davam etməsidir.

Mənbə : Samhsa

Tərcümə etdi: Dəniz Quliyeva

Paylaş
Şərh əlavə et