
Depressiya (depressiv pozğunluq) necə hiss etdiyinizə, düşüncə tərzinizə və hərəkətlərinizə mənfi təsir edən ümumi və ciddi tibbi xəstəlikdir. Xoşbəxtlikdən, bu da müalicə olunur. Depressiya kədər hissi və yaxud əvvəllər həzz aldığınız fəaliyyətlərə maraq itkisinə səbəb olur. Bu, müxtəlif emosional və fiziki problemlərə səbəb ola bilər. İşdə və evdə işləmək qabiliyyətinizi azalda bilər. Simptomlar ən azı iki həftə davam etməli və depressiya diaqnozu üçün əvvəlki fəaliyyət səviyyənizdə bir dəyişikliyi təmsil etməlidir.
Həmçinin tibbi şərtlər (məsələn, tiroid problemləri, beyin şişi və ya vitamin çatışmazlığı) depressiya əlamətlərini təqlid edə bilər, buna görə də ümumi tibbi səbəbləri istisna etmək vacibdir. Depressiya hər hansı bir ildə hər 15 böyükdən birində (6,7%) təsir göstərir. Və hər altı nəfərdən biri (16,6%) həyatının müəyyən dövründə depressiya keçirəcək. Depressiya istənilən vaxt baş verə bilər, lakin orta hesabla ilk dəfə 20-ci illərin ortalarına qədər yeniyetməlik dövründə görünür. Qadınlar kişilərə nisbətən depressiyaya daha çox meyllidirlər. Bəzi tədqiqatlar göstərir ki, qadınların üçdə biri həyatları boyu böyük bir depressiv epizod yaşayacaq.
Mənbə: Psychiatry.Org
Tərcümə etdi: Dəniz Quliyeva
