Bu gün:

Narın faydaları


Nar həm xəstəliklərdən qorunmada, həm də sağlamlığın yaxşılaşdırılmasında bir çox müsbət təsirə malikdir. Gündəlik qidalanma planlarında meyvə kimi istifadə olunmaqla yanaşı, uzun illərdir alternativ tibbdə də istifadə edilir. 

Qış aylarında soyuqdəymədən qorunmaqda çox təsirlidir. 

Təzə sıxılmış nar şirəsi meyvə kimi qəbulu ilə yanaşı, yüksək konsentrasiyalarda fitokimyəvi maddələr ehtiva edir. Bu fitokimyəvi komponentlər narın sağlamlığa müsbət təsirlərinin əksəriyyətindən məsuldur. Narda olan fitokimyəvi maddələr infeksiyaların və xroniki xəstəliklərin qarşısının alınması, xüsusilə xərçəngə qarşı qorunma kimi faydalara malikdir. Narın müntəzəm istehlakı bütün bu faydalı elementlərdən faydalanmağa imkan verir. Narın insan sağlamlığına ən çox məlum olan müsbət təsirləri bunlardır:

Yüksək antioksidant tərkibi:

Nar ən yüksək antioksidant tərkibli meyvə növlərindəndir. Tək nardan əldə edilən nar şirəsi gündəlik C vitamini ehtiyacının 40%-dən çoxunu ödəyə bilən vitamin tərkibinə malikdir. Antioksidant xüsusiyyətlərə malik olan C vitamini bədəndəki hər cür infeksiyaya qarşı mübarizə aparır və hüceyrələrdə oksidləşdirici zədələnmənin yaranmasının qarşısını alaraq hər növ xərçəngə qarşı qoruma təmin edir. Vitamin C çox həssas bir vitamindir və yemək bişirmə, pasterizasiya və metal ilə təmas kimi vəziyyətlərdə tamamilə məhv ola bilər. Bu səbəbdən narı metal bıçaq, qarışdırıcı kimi alətlərlə təmas etmədən təzə yemək faydalıdır. Eyni zamanda, narın tərkibində güclü antioksidant xüsusiyyətləri ilə tanınan qırmızı şərab və yaşıl çay kimi digər qidalardan 3 qat daha çox antioksidant birləşmələr var.

Nar toxumları canlı və parlaq qırmızı rəngini tərkibindəki polifenollardan alır. Narda olan bu polifenollar sərbəst radikalları aradan qaldıraraq, iltihabı azaldaraq və hüceyrə zədələnməsinin qarşısını alaraq hər cür xərçəng və iltihab xəstəliklərinin qarşısını alan xüsusiyyətlərə malikdir.

Ürək-damar xəstəliklərindən qoruyur:

Təbii ürək dərmanı olaraq təyin olunan nar, ürək-damar xəstəliklərinə qarşı əhəmiyyətli bir qoruyucu qalxan təmin edir və bu xəstəlikləri olan şəxslərdə xəstəliyi sakitləşdirməyə kömək edir. 

Nar qan dövranını sürətləndirərək toxumalara kifayət qədər qan və oksigen çatdırılmasını təmin edir və infarktdan qoruyur. Təzyiq balanslaşdırıcı xüsusiyyəti sayəsində yüksək təzyiq dəyərləri olan şəxslərdə qan təzyiqini aşağı salır və anemiya səbəbiylə aşağı təzyiqdən əziyyət çəkən insanlarda təzyiqi lazımi həddə çatdırır. Ancaq bu nöqtədə istifadə olunan dərmanlarla qarşılıqlı əlaqədə olmamağa diqqət yetirmək lazımdır. Ürək xəstəlikləri, hipertoniya və ya hər hansı digər xəstəliklərin müalicəsi üçün davamlı dərman istifadə edən insanlar müntəzəm nar qəbuluna başlamazdan əvvəl həkimlərindən razılıq almalıdırlar.

Mənbə: Medicalpark

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et