Bu gün:

Donma nədir?


Soyuq dövrlərdə və soyuq iş mühitlərində, xüsusilə sərt hava şəraitinin getdikcə daha çox hökm sürdüyü qış aylarında görülən işlər işçilərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Lazımi planların qurulmaması və tədbir görülməməsi nəticəsində işçilər müxtəlif xəsarət və xəstəliklərə məruz qalır, bəzi hallarda isə əzalarının itirilməsi, hətta ölümlə nəticələnə bilər. 

Hipotermiya, donma, xəndək ayağı və pernio soyuqdəymə ilə əlaqəli xəstəliklərin ən geniş yayılmış nümunələridir.

Soyuq və ya buz yanığı olaraq da adlandırılan donma, dərinin və toxumaların donması nəticəsində yaranan və bədənə qalıcı ziyan vura bilən ciddi bir xəstəlikdir. Əsasən əllər, ayaqlar və üzü təsir edir. Soyuğa məruz qalma müddəti artdıqca şaxtanın şiddəti də artır. Şiddət dərəcəsini göstərən birdən dördə qədər dərəcələrə təsnif edilir.

Donmanın simptomlarına aşağıdakılar daxildir:

 • Qırmızı, ağ və ya tünd/boz dəri rəngi

 • Təsirə məruz qalan ərazilərdə uyuşma

 • Yanma, ağrı, qaşınma və karıncalanma hissi

• Dəridə qabarcıqlar

Mənbə: ntv.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et