
Dermatologiya mütəxəssisi Dr. Emine Özge Ayabakan dırnaqlarda ağ ləkələrin yaranmasının əsas səbəblərini belə sıralayır:
"Dırnaqlarda ağ ləkələr uzun ağ dalğalar şəklində və birdən çox dırnaqda görünürsə, zülal və digər qida çatışmazlıqları, böyrək və ya qaraciyər xəstəlikləri səbəb ola bilər. Zərbə nəticəsində tez-tez qısa ağ və üfüqi xətlər əmələ gələndə onlar sərt cisimlərə dırnaqlarla müdaxilə edilməməsi şərti ilə zamanla öz-özünə yox olur".
Dırnaqlarda ağ ləkələrin dırnaq kökündən ucuna qədər geniş bir sahəyə yayılmasına arsen zəhərlənməsi və sink, selen, kalsium maqnezium və manqan kimi mineralların çatışmazlığı da səbəb ola bilər. Qan müayinəsi mütləq aparılmalıdır.
Bu ləkələrin əmələ gəlməsinin digər səbəbləri tiroid hormonlarının nizamsızlığı, anemiya, keratin çatışmazlığı və bəzi dərmanların yan təsirləridir.
Dırnaqlarda ağ ləkələr üçün həkimə müraciət edilməlidir?
Dırnaqlarda uzun müddətli ağ ləkələr ciddi qəbul edilməli və gecikdirilməməlidir. Dermatoloqa gedərək səbəb araşdırılmalı, laborator müayinələr aparılmalı, səbəbə uyğun müalicə olunmalıdır.
Dırnaqlardakı ağ ləkələrdən necə qurtulmaq olar?
Dırnaq boyaları da dırnaqlarda hava dövranının qarşısını alır, qan dövranı pozğunluğu ilə yanaşı ağ ləkələrin yaranmasına da səbəb olur. Tətbiq olunan dırnaq lakı dırnaqda uzun müddət saxlanılmamalı, tərkibində qliserin olan sağlam təmizləyici vasitələrlə silinməli, dırnaqların nəfəs almasına imkan verilməlidir. Eyni zamanda dırnaqlarda zülal çatışmazlığından yaranan ağ ləkələr protein tərkibli qidalar qəbul etməklə aradan qaldırıla bilər.
Dırnaqlarda ağ ləkələr, xüsusilə, ayaq dırnaqlarında göbələk xəstəliyinin başlanğıcı ola bilər. Leykonychia dediyimiz ağ ləkələr bəzi dəri xəstəliklərində də görünür. İrəliləmənin qarşısını almaq üçün müalicəyə bir dermatoloq tərəfindən başlamaq lazımdır.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova
