Bu gün:

“Orqanizmdə çəkinin tənzimlənməsi həkim nəzarətində olmalı prossesdir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı həkim Adil Qeybullayevdır.  O, arıqlamaq, kökəlmək üçün istifadə olunan dərman preparatlarının insan sağlamlığına verdiyi zərərlərdən və görüləcək tədbirlərdən danışıb.



-Sizcə, arıqlamaq, kökəlmək üçün istifadə olunan dərman preparatlarının insanların sağlamlığına verdiyi zərərlər nələrdir?


İstər arıqlamaq, istər kökəlmək üçün istifadə olunan dərman preparatlarının təsiri maddələr mübadiləsindən keçir. Maddələr mübadiləsinin sürətləndirilməsi, zəiflədilməsi istiqamətində bunlar təsir edirlər. Bəziləri daha mürəkkəb təsir mexanizminə malikdir. Məncə, insanlar bu prossesə dırnaqarası yanaşmamalıdırlar. Bu ciddi bir məsələdir. Orqanizmdə çəkinin tənzimlənməsi həkim nəzarətində olmalı bir prossesdir. Burada qan təhlillərinin nəzarəti altında mübadilə prossesinin sürətləndirilməsi və yaxud yavaşlaması istiqamətində bütün məsələlərə həkim koordinasiya etməlidir. Bununla bağlı xüsusi peşəkar həkimlər, dietoloqlar var. Peşəkar dietoloqlardan söhbət gedir ki, bunlar ixtisas həkimləridir və özləri bu işlərlə məşğuldurlar, bu iş üzrə ixtisaslaşıblar. 

Qida rejiminə diqqət yetirmək, fiziki aktivliyi artırmaq,  həkim nəzarəti altında lazımi preparatları qəbul etmək və qaydalara əməl etmək tələb olunur.


Ayna Quliyeva

Paylaş
Şərh əlavə et