Bu gün:

Göbələk depressiyanı necə müalicə edir?


Göbələk depressiyanı necə müalicə edir? 

Depressiyadan əziyyət çəkən insanların 30%-ə qədəri antidepresanlarla müalicəyə cavab vermir. Bunun səbəbi xəstələr arasında biologiyanın fərqli olması və dərmanlara reaksiya vermənin çox vaxt uzun sürməsi ola bilər. Bəzi insanlar bir müddət sonra imtina edirlər.  

Psilosibinin xərçənglə əlaqəli narahatlıq və depressiya da daxil olmaqla depressiyanı sürətlə müalicə edə biləcəyini göstərən bir sıra klinik araşdırmalara baxmayaraq, psilosibinin, əslində, depressiyanı aradan qaldırmaq üçün beyində necə işlədiyi barədə çox az şey məlumdur. Nəşr olunan iki yeni araşdırma bu sirli prosesə bir qədər işıq saldı. 

Psilosibin beynin serotonin adlı kimyəvi maddəyə reaksiyasını dəyişdirən bir halüsinogendir. Qaraciyər tərəfindən parçalandıqda (“psilosin” kimi) istifadəçilərdə şüurun və qavrayışın dəyişməsinə səbəb olur. Funksional MRT (fMRI) beyin taramasından istifadə edən əvvəlki tədqiqatlar göstərdi ki, psilosibin diqqət, inhibə nəzarəti, vərdişlər və yaddaş da daxil olmaqla bir sıra idrak funksiyalarını tənzimləməyə kömək edən beynin medial prefrontal korteksindəki fəaliyyəti azaldır. Kompozisiya, həmçinin bu sahə ilə yaddaş və duyğuların tənzimlənməsində rol oynaya bilən posterior singulat korteks arasındakı əlaqəni azaldır. 

Mənbə: Nasilbe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et