Bu gün:

Palmaris longus əzələsi


Palmaris longus əzələsi bu gün bir çox insanda yoxdur. Əslində bir vətər olan palmaris longus əzələsi, insanlar indiki formasına keçərkən tədricən yoxa çıxdığı düşünülən bir quruluşdur. Hazırkı araşdırmalar nəticəsində, ümumiyyətlə hər insanda iki olan palmaris longus əzələsinin insanların yüzdə on-on beşində anadangəlmə olmadığı müşahidə edilmişdir. Bu vəziyyət qadınlarda daha tez-tez müşahidə olunur.

Bütün canlıların bədən quruluşlarında çoxlu əzələ quruluşu vardır. Bunlardan ən maraqlısı palmaris longus əzələsidir. Maraqlı olmasının səbəbi isə orta hesabla insanların on dörd faizinin buna sahib olmamasıdır. Ümumiyyətlə, bədəndəki bütün əzələ strukturlarının xüsusi funksiyaları var. İnsanda bu əzələnin olmaması insanın hərəkətlərində heç bir mənfilik yaratmır. Bir çox fərqli bölgədə yerləşən əzələ strukturlarının da eyni bölgədə yerləşdiyi görülür. Hər insanda olmasa da, əzələ sisteminin bir hissəsi olan palmaris longus əzələsi insanların biləklərində yerləşir. Palmasri longus əzələsi tam olaraq flexor carpi ulnaris və flexor carpi radialis arasında yerləşir. Müvafiq əzələnin daxil edilməsi palmar aponevrozundadır və nazik, düz vətər quruluşu ilə bitir.

Palmaris Longus əzələsinin xüsusiyyətləri hansılardır?

Anatomik quruluşa malik bütün canlıların bədənlərindəki əzələlər fərqli xüsusiyyətlərə malikdir. Əzələlərin sahib olduğu bu xüsusiyyətlər; Əzələlərin quruluşundan, formasından və yerindən asılı olaraq dəyişir. Çox mürəkkəb quruluşa malik əzələlərdən ibarət olan əzələ sistemi həmişə sinxron və mükəmməl nizamla işləyir. İnsan əzələ sistemində yerləşən uzun palmaris əzələsinin xüsusiyyətlərini aşağıdakı kimi sıralamaq olar.

  • Palmaris longus əzələsinin ən əhəmiyyətli xüsusiyyəti insanların müəyyən bir hissəsində anadangəlmə olmamasıdır.
  • Palmaris longus əzələsi tendon quruluşuna malik bir əzələdir.
  • Palmaris longus əzələsi çılpaq gözlə görülə bilən əzələ quruluşudur.
  • Ovucları yuxarı hissəyə tutaraq və barmaqları birləşdirərək hər iki biləyin daxili hissəsində görmək olar.

Mənbə: Proteinocean.com

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et