Bu gün:

Milad ağacı sindromu nədir?


Yeni il yaxınlaşdıqca gündəmə gələn xəstəlik: Milad ağacı sindromu nədir?

Yeni il yaxınlaşdıqca tez-tez xəstələnirsinizsə, səbəb təkcə soyuq hava ola bilməz. Milad ağacı sindromu da şübhəlilərdən biridir.

Bütün dünyada müxtəlif fəlakətlərin yaşandığı 2023-cü ilin sonuna çox az vaxt qalıb. 2023-cü ili bütün acı-şirinli xatirələrlə geridə qoymağa hazırlaşırıq. Digər tərəfdən, yeni il özü ilə yeni planlar, yeni həyəcanlar və ümidlər, yeni problemlər və xəstəliklər gətirir. Ancaq 2024-cü ili qarşılamağa hazırlaşdığımız bu günlərdə tez-tez xəstələnirsinizsə, səbəb təkcə soyuq hava ola bilməz. Dekabrın son günlərinə yaxınlaşdıqca sayı günü-gündən artan şam ağacları ciddi sağlamlıq problemlərinin mənbəyidir. Bəli, ilk baxışdan çox inandırıcı görünməsə də, “Milad ağacı sindromu” müxtəlif sağlamlıq problemləri yaşamağınıza səbəb ola bilər, bəziləri isə son dərəcə təhlükəli ola bilər. 

Yaxşı, bu Milad ağacı sindromu nədir?  Bunun səbəbləri və qarşısının alınması yolları hansılardır? Detallara birlikdə baxaq.

Diqqətlə bəzədilmiş, parıldayan şam ağacları yeni ilin gözəl simvollarındandır.

Yeni ilə yaxınlaşdıqca bəzi insanlar evlərinin ən gözəl guşələrinə möhtəşəm şam ağacları qoyur, ticarət mərkəzləri, meydanlar, mağazalar şam ağaclarıyla rəngarəng olur. Bununla belə, görünüşü ilə heyrətləndirən bu xüsusi ornamentlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bilirdinizmi? 

Milad ağacı sindromu nə deməkdir?

Şam ağaclarındakı bəzəklərdən yaranan toz və kif müxtəlif xəstəliklərə səbəb olur. 

Alimlərin fikrincə, hırıltı, öskürək, asqırma, astma tutmaları, ot qızdırması, yuxunun pozulması və göz ağrıları Milad ağacı sindromunun səbəb olduğu və ya birbaşa səbəb olduğu xəstəliklərdəndir.

Sindrom ilk dəfə 1970-ci ildə Derek Wyse adlı həkim tərəfindən təsvir edilib.

Dr. Wyse evdə Milad ağacı olan allergik xəstələrin təxminən 7 faizinin simptomlarının pisləşdiyini təsbit etdi. Çünki ağac bəzəklərindəki kif sporları qısa müddətdə inanılmaz artım göstərdi. Odur ki, əgər allergik xəstəliyiniz varsa, şam ağaclarının ətrafında gəzməməyə diqqət etməlisiniz.

Milad ağacı sindromunun əlamətləri hansılardır?

Mütəxəssislərin fikrincə, öskürək, hırıltı, döş qəfəsində ağrı, yuxululuq, burunda qaşınma və gözdən axıntı sindromun ən çox görülən əlamətlərindəndir. Yenə mütəxəssislərin fikrincə, sindrom xüsusilə astma problemi olan insanlar üçün son dərəcə təhlükəlidir. Bəzi ekstremal hallarda, hətta pnevmoniyaya səbəb ola bilər.

 Alimlərin fikrincə, həm süni, həm də həqiqi ağaclar bu təhlükəli sindroma səbəb ola bilər.

Bununla belə, avstraliyalı allerqoloq Prof. Şeril van Nunen isə süni ağacların sağlamlıq üçün daha təhlükəsiz olduğunu bildirir. Nunen,“Əslində saxta ağaclar sağlamlıq baxımından həqiqi ağaclara daha təhlükəsiz alternativdir. Amma saxta ağaclar həm də illərlə istifadə zamanı adi gözlə görünməyən toz və kif toplaya bilər. “İllərdir istifadə etdiyiniz bəzəklər də toz səbəbindən risk yarada bilər" ifadələrdən istifadə edir.

Milad ağacı sindromunun qarşısını almaq üçün nə etmək lazımdır?

Mütəxəssislər sindromun törədə biləcəyi xəstəliklərdən qorunmaq üçün ilk növbədə süni şam ağaclarına üstünlük verilməli olduğunu bildirirlər. Təmiz olduğu bilinən bəzək materiallarından istifadə etmək də son dərəcə vacibdir. Ancaq əsl şam ağaclarından istifadə edilməli olduğu hallarda, ağacları bəzəməzdən əvvəl yuyulmalıdır. Nəhayət, şam ağaclarının yerləşdiyi mühitlərdə olmamaq da edilə biləcək işlər arasındadır.

Mənbə: listelist

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et