Bu gün:

Çay içmək nə vaxt zərərlidir?


Türk cəmiyyətində sevilən və geniş şəkildə istifadə edilən çaydan düzgün istifadə edilməməsi bəzi sağlamlıq problemlərinə səbəb olur. Həddindən artıq çay içmək: Yuxusuzluq, ürək döyüntüsü, əsəb pozğunluğu və baş ağrısı kimi problemlər yaratsa da, çox isti çay içmək yemək borusu qıcıqlanmasına, uzun müddət davam edən bu qıcıqlanma isə xərçəngə səbəb ola bilər.

Çayın tərkibində olan tanin maddələri qidadan aldığımız dəmirin udulmasını azaldır. Buna görə də yeməklə qəbul etməmək daha yaxşıdır. Yeməkdən sonra ən az 45 dəqiqə gözlədikdən sonra çay içə bilərsiniz. O zaman daha sağlam olar. Gün ərzində həddindən artıq çay istehlakının da mənfi cəhətləri var. Həddindən artıq çay istehlakı ilə yuxusuzluq, ürək döyüntüsü, əsəb pozğunluğu, baş ağrısı kimi bir çox vəziyyətlərlə qarşılaşırıq. Bu səbəbdən gündə 4 stəkandan artıq çay içməməlisiniz. 

Diyetisyen Ünal ən çox çay istifadə etməyə üstünlük verdiyimiz vaxtlardan birinin səhər yeməyi olduğunu ifadə edərək deyib:" Səhər yeməyində içdiyimiz çaya görə səhər yeməyində qidalarla birlikdə qəbul etdikdə əslində dəmirin emilimini azalmış oluruq". 

Mənbə: NTV

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et