Bu gün:

Niyə dilimiz qəsdən dişləyəndə deyil, təsadüfən dişləyəndə ağrıyır?


Dil sadə bir orqan kimi görünsə də, son dərəcə həssas funksiyaları olan bir əzələdir. Ancaq ağrı hiss etməsi bir az çaşqınlıq yarada bilər. Dili qəsdən dişləmək ağrı verməsə də, təsadüfən dişləmək böyük ağrıya səbəb ola bilər. 


Dil əzələ olsa da, sadəcə hər hansı bir əzələ deyil; Çox həssas və mürəkkəb bir orqandır. Dildə təsirli dəqiqlik və çevik hərəkət etmək qabiliyyətini təmin edən təxminən 8 min motor var.


Dildəki qabarlara papilla deyilir, papillaların altında isə dad qönçələri var. Hər bir dad qönçəsi birbaşa beyin sapının sinirlərinə bağlanan minlərlə hüceyrədən ibarətdir. Bu o deməkdir ki, dilin dad, temperatur var və ağrını  hiss edə bilir. Təəssüf ki, dilin ağrı hissi kifayət qədər kəskindir.


Keçək əsas suala. Dilimizi qəsdən dişlədiyimiz zaman baş verəcək ağrı hissini qabaqcadan bilirik və ağrı təhlükəli həddə çatdıqda dayanırıq, çünki beynimiz bu şəkildə proqramlaşdırılıb; həmişə bizi qorumağa çalışır.


Ancaq təsadüfən dilimizi dişləyəndə ağrı həddini tənzimləyə bilmirik və onsuz da çox həssas olan dil hiss etdiyi ağrıları kəskin şəkildə beyinə ötürür.


Əslində, təsadüfən dili dişləməklə şüurlu şəkildə dişləmək arasındakı yeganə fərq ağrını hiss edərək özümüzü dayandırmağımızdır. Hər iki halda dilin həssas quruluşuna görə ağrı hiss edirik.


Mənbə: Houston Methodist və Indian Express


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et