Bir çoxlarımız yəqin ki, "yox" deməyi bacarmırıq. Bu halın niyə baş verdiyini sorğulamağa dəyər.

Əgər “yox” deməkdə çətinlik çəkirsinizsə, britaniyalı iqtisadçı Tim Harfordun təklif etdiyi aşağıdakı strategiya sizə faydalı ola bilər. O yazır: “hiylə ondan ibarətdir ki, “Bu gün bunu etməli olsaydım, buna razı olardım?” Bu, pis bir qayda deyil, çünki hər hansı gələcək öhdəlik, nə qədər uzaqda olsa da, nəticədə qaçılmazdır."
Əgər verdiyiniz söz sizi hal-hazırda etdiyiniz hər şeyi atmaq üçün kifayət qədər maraqlandırırsa, cavab "bəli"-dir. Əgər belə deyilsə, onda bəlkə də iki dəfə düşünməlisiz.
Bu, Derek Siversin məşhur “Hell Yeah or No” metoduna bənzəyir. Əgər kimsə sizdən bir şey etməyinizi istəsə və ilk reaksiyanız ürəkdən "Hə!" demək olarsa, o zaman bunu edin. Əgər bu sizi həyəcanlandırmırsa, yox deyin.
Hər dəfə qərar verərkən özünüzə bu sualları verməyi xatırlamaq qeyri-mümkündür, lakin zaman-zaman bunu etdikcə vərdişi çevirəcəksiz.Xeyr demək çətin ola bilər, lakin çox vaxt alternativindən daha asandır. Yazıçı Mike Dariano qeyd edir ki, “Öhdəliklərdən qaçmaq öhdəliklərdən çıxmaqdan daha asandır. Xeyr demək sizi bu spektrin daha asan sonuna doğru aparır".
“Xeyr” sözünün gücü
Zamanınızı səmərəli işlərə sərf etməkdən daha çox əhəmiyyətsiz işlərə sərf edirsinizsə, bu işləri heç etməmək onları sərfəli hala gətirməkdən daha yaxşıdır.
Piter Drukerin sitatını xatırladım: "Edilməməli olanı səmərəli etmək qədər faydasız bir şey yoxdur”.
Mənbə: jamesclear
Tərcümə etdi: Əliyeva Ləman
