
Emosional İntellekt (EQ) insanın öz duyğuları ilə yanaşı başqalarının da emosiyalarını müşahidə etmək, onları fərqləndirmək və bu məlumatlardan öz düşüncələrini və davranışlarını istiqamətləndirmək üçün istifadə etmək bacarığı kimi müəyyən edilir.
1990-cı illərin əvvəllərində Qardnerin əsasını qoyan “Çoxlu İntellekt Nəzəriyyəsi”ndən sonra insanlar zəkanın təkcə IQ olmadığını, həm də bir çox çeşidi olduğunu görməyə başladılar. İllərdir davam edən ağlın hökmranlığı yenidən sorğu-sual olunmağa başlasa da, duyğular getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Elə həmin illərdə Mayer və Salovey emosional qabiliyyətlərin də zehni bacarıqlar olduğunu bildirmiş və emosiyaları dəyişdirilməsi çətin olan şəxsi xüsusiyyətlər kimi deyil, təkmilləşdirilə bilən bacarıqlar kimi qəbul etmişdi.
Onlar “Emosional İntellekt (EQ)” adlandırdıqları bu yeni konsepsiya; Bu, özünün olduğu kimi başqalarının da emosiyalarını müşahidə etmək, onları fərqləndirmək və bu məlumatlardan öz düşüncə və davranışlarında bələdçi kimi istifadə etmək bacarığı kimi müəyyən edilirdi.
Daniel Goleman tərəfindən 1995-ci ildə nəşr olunan "Why Emotional Intelligence is More Important than IQ" kitabı bütün dünyada səs-küy yaratdı və cəmiyyəti bu anlayışdan xəbərdar etdi. Bu kitabda dərc edilən araşdırma göstərdi ki, sosial və emosional bacarıqlar həyatda uğur əldə etmək üçün fərdin zehni qabiliyyətlərindən çox daha vacib ola bilər. Goleman kitabında emosional zəkanı “özünü motivasiya etmək, uğursuzluqlara baxmayaraq davam etmək, impulslarını idarə edərək həzzini təxirə salmaq, əhvalını tənzimləmək, çətinliklərin düşüncəni maneə törətməsinə imkan verməmək, özünü başqalarının yerinə qoymaq bacarığı” kimi tərif etmişdir.
Ədəbiyyatda mövcud tədqiqatlarda IQ və emosional intellekt (EQ) bir-birinə zidd deyil, ayrı qabiliyyətlər kimi müəyyən edilir. Adi IQ testlərindən fərqli olaraq, emosional zəka balını yaradan qələm-kağız testi yoxdur və heç vaxt olmasa belə, biz bilməliyik ki insanı insan edən keyfiyyətlərin əksəriyyəti emosional intellektdən qaynaqlanır.
Mənbə: uskudar.edu
Tərcümə edən: Gülay Qəribova
