Pessimist sözü bədbin mənasında işlədilir. Ümumiyyətlə, insanlar üçün işlənən bu sözün insanın halını, hadisələrə münasibətini bildirdiyi deyilir. İnsanın həyata baxışının nə qədər pis, bədbin və darıxdırıcı olduğunu ifadə etmək üçün bu sözün istifadəsinə üstünlük verilir.
Pessimizmə meyil
Pessimizmə meyil insanların mənfi şeylərin ehtimalını yüksək, müsbət şeylərin ehtimalını isə aşağı hesab etmələrinə səbəb olan koqnitiv qərəzdir. Bu qərəzlilik, xüsusilə, gələcək hadisələrin pis nəticələrə səbəb olacağını güman edərkən doğrudur. Məsələn, bədbinlik meyli insanın yaxşı hazırlaşdığına və yüksək qiymət alacağına baxmayaraq, imtahandan kəsiləcəyini güman etməsinə səbəb olur.
Pessimizm qərəzi kökündən gələcəyin sizin üçün nə qədər pis olacağını şişirtmək meyli ilə bağlıdır; yəni neqativ nəticələrin olma ehtimalını həddən artıq qiymətləndirirsiniz və müsbət nəticələrin ehtimalını az qiymətləndirirsiniz.
Bundan əlavə, pessimizmə meyillilik də bu qərəzliliyə bənzər düşüncə nümunələri ilə əlaqələndirilir. Bu düşüncə nümunələri, məsələn, maraqlandığınız birinin başına pis bir şeyin baş vermə ehtimalını və ya keçmiş hadisələrin pis nəticələnməsi ehtimalını çox qiymətləndirməyinizə səbəb ola bilər.
Mənbə: evrimagaci
Tərcümə etdi: Rəhimə Cəmilova
