Hədəfin olması motivasiyanın təmin edilməsində əsas rol oynayır. Əldə edilməsi planlaşdırılan heç bir məqsəd olmadıqda motivasiyanın tam şəkildə həyata keçirilməsi mümkün deyil. Bu vəziyyət uğura rəğbət, uğur arzusu kimi müəyyən edilə bilər.
Müvəffəqiyyəti hədəfləməkdən əlavə, uğura bağlılıq da vacibdir. Müvəffəqiyyət üçün qətiyyət və bağlılıq bu nöqtədə motivasiyanı təmin edən və artıran amillərdəndir. Qətiyyət və təşəbbüs göstərmək motivasiyanın artırılmasında mühüm rol oynayır. Qətiyyətlilik vəziyyəti fərdin hərəkətə keçmə prosesinə kömək edir. Təbii ki, bu nöqtədə optimist olmaq və uyğunlaşma qabiliyyətini gücləndirmək də vacibdir. Bununla belə, motivasiyanı təmin etmək və artırmaq üçün rahatlıq zonasından kənara çıxmaq da lazımdır. Rahatlıq zonasından çıxa bilməmək motivasiyaya mənfi təsir göstərir. Bu, süründürməçilik davranışına səbəb ola bilər. Bu məqamda diqqətli olmaq lazımdır.

Motivasiyanı təmin etmək üçün ən vacib məqamlardan biri də mükafat gözləntisindən kənara çıxmaqdır. Motivasiyanın daxildən gəlməsi və insanın öz məqsədlərinə və nə edə biləcəyinə diqqət yetirməsi vacibdir. Bu zaman fərd öz karyera planını düzgün qurmalı və hədəflərini müəyyən etməlidir.
Mənbə: abapsikoloji
Tərcümə etdi: Rəhimə Cəmilova
