Qumar asılılığı funksional pozğunluğa səbəb olan davamlı qumar davranışıdır. Qumar asılılığı həm insana, həm ailəsinə, həm də ətrafına zərər verir.
Qumar asılılığı nələrə gətirib çıxarır?
•Qumarbazlar davranışlarını və itkilərini yalanlarla ört-basdır etməyə çalışırlar.
• Depressiya, intihar düşüncələri və cəhdləri baş verir.
• Onlar qumar oynadığına görə mühüm əlaqələri, işi həyatını və fürsətləri təhlükə altına alır və ya itirirlər.
• Qumar üçün lazım olan pulu əldə etmək üçün qanunsuz əməllərə əl atırlar.
Qumar asılılığı müalicəsi mümkün olan bir xəstəlikdir. İlk növbədə, bu müalicənin nəticəsini görmək üçün müəyyən vaxt lazımdır. İlk növbədə insan aludəçi olduğunu qəbul etməlidir. Daha sonra şəxs ailəsindən və mütəxəssis həkimlərdən dəstək almalıdır.
Patoloji qumar asılılığının müalicəsində ümumiyyətlə maddə asılılığının müalicə modeli tətbiq edilir. Buna görə də, qumar asılılığı olan xəstələr maddə asılılığının müalicəsi şöbələrinə yönəldilməlidir. Fərdi uyğunlaşdırılmış bir proqramla bu asılılıqdan xilas olmaq mümkündür.
Mənbə:npistanbul
Tərcümə etdi:Nailə Hadizadə
