Bu gün:

Ən xoşbəxt olduğumuz zaman dilimi


Ən xoşbəxt olduğumuz an budur : "15.00-16.00 ən xoşbəxt olduğumuz saatlardır" xoşbəxtlik hormonu pik səviyyəsindədir.

İnsan həyatındakı bioritmik dəyişikliklərlə bağlı açıqlama verən Dos. Dr. Mustafa Kamal Başaralı ən xoşbəxt olduğumuz dövrü izah etdi. 

Saat 10:00 -11:00 arasında insanların dinamik olduğunu vurğulayan Başaralı izahatını belə davam etdirdi: "Saat 12:00-da bədənin istirahətə ehtiyacı var. Diqqət azalır və yuxu üstünlük təşkil edir. Saat 13.00-da bədən kifayət qədər formada deyil. Səmərəlilik günün orta göstəricisindən 20 faiz aşağıdır. Bütün orqanlar ən aşağı səviyyədə işləyir. Saat 14.00-da qan təzyiqi və hormon səviyyələri aşağı düşdüyü üçün özümüzü yorğun hiss edirik.

Ən yüksək vaxt 15:00 -16:00 arasıdır

15:00 -16:00 arası ən xoşbəxt olduğumuz saatlardır. Xoşbəxtlik hormonu endorfin zirvədədir. Enerjimiz yenidən qayıdır, yaddaşımız tam formadadır. İkinci dəfə biz səmərəliliyə yaxınlaşırıq, baxmayaraq ki, bu enerji səhərkindən daha azdır. Bu zaman dilimi idman fəaliyyəti üçün ən yaxşı vaxtdır. Təzyiq və qan dövranı çox yaxşı vəziyyətdədir. Həm də məşq üçün ən yaxşı vaxtdır. 

Saat 17:00-da orqanların fəaliyyəti yüksək səviyyədədir. Adrenalin ən yüksək səviyyədədir.

Axşam 18:00 nahar üçün yaxşı vaxtdır. Bu dövrdə mədəaltı vəzi xüsusilə aktivdir. Qaraciyər aktiv və davamlı hesab edilə bilər.

Saat 19:00-da nəbz yavaşlayır, qan təzyiqi aşağı düşür, bu saatda bədən tənbəl olur. 

Saat 20:00-da qaraciyərdə yağ səviyyəsi azalır və qanda qida ilə alınan karbohidratlar, zülallar, yağlar istifadə edilir. Bundan sonra alınanlar xərclənmək əvəzinə müxtəlif yollarla saxlanılacaq.

Saat 21:00-da həzm orqanlarının gündəlik işi başa çatır, istirahətə gedirlər. Bu müddətdən sonra yemək olmaz, yeyilən hər şey səhərə qədər mədədə həzm olunmamış qalır. 

Saat 22:00-da orqanizmdə melatonin hormonunun ifrazı artıb, orqanizm və orqanlar istirahətə hazırlaşır, orqanizm günün yorğunluğundan sonra istirahət etməlidir. 

Saat 23:00-da orqanizm gün ərzində aktiv olan stress hormonu kortizon və onunla əlaqəli hormonların ifrazını dayandırır. Qan təzyiqi, ürək dərəcəsi və bədən istiliyinin azalır. Yuxu vaxtıdır. 

Saat 24:00-da yatdığımız zaman dəri hüceyrələri gün ərzində olduğundan daha tez-tez bölünərək fasiləsiz işləyir. 

Saat 01:00-da məhsuldarlığımız ən aşağı səviyyədədir. Bu saatda hələ də işləyənlər səhv edirlər, vacib olmayanlar işləməməlidir, çünki diqqət çox azalır. 

Saat 02:00-da yolda olanlar çox diqqətli hərəkət etməlidirlər. 

Saat 03:00-da melatonin hormonunun ifraz olunması bizi tənbəl və kifayət qədər qeyri-sabit edir. Bu mərhələ həm fiziki, həm də mənəvi cəhətdən qaranlıq bir mərhələdir. 

Saat 04:00-da stress hormonları yenidən yüksəlməyə başlayır. Biz enerjini bərpa edirik. Orqanizm özünü yenidən hazırlamağa başlayıb”.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et