
Hər hansı bir vərdiş qazanmaq və ya bir vərdişi dəyişmək istəyəndə ətrafınızdakılardan həmişə eşitdiyiniz bir cümlə var: “21 gün davam etsəniz, keçər!”
Bəzilərimiz üçün şəhər əfsanəsindən heç bir fərqi olmayan bu cümlə, əslində, ciddi elm ehtiva edir. Əksər insanlar üçün bu vaxt qeyri-kafi və ya lazımsız görünə bilər. Halbuki 21 gün beynin yeni bir şeyi qəbul etməsi və ya mövcud məlumatı unutması üçün tamamilə kifayət qədər vaxtdır.
Biz, adətən, pəhriz saxlayanda, idmana başlayanda və ya siqareti buraxanda belə radikal qərarlar veririk. Hətta sevginin acısı da bura daxildir. 21 gündən çox eşq ağrısından əziyyət çəkmək belə, əslində, beyninizin oyunudur.
1 gün ərzində şəxsi məqsədə diqqət yetiririk. Üç həftədən sonra bu məqsədə çatmaq vərdiş halına gəlir. Bu vərdiş halına gəldikdə, bunu daha 90 gün, yəni üç həftə davam etdirsəniz və sonra 90 gün bir şeyə davam edə bilsəniz, bu, daimi həyat tərzi dəyişikliyinə çevrilir. Bildiyiniz kimi, nəyəsə öyrəşmək, vərdiş qazanmaq 20 gün ərzində beynimizdə baş verən bir şeydir. 20 gün ərzində eyni hərəkəti etdikdə, 21-ci gündə vərdiş halına gələcək.
Ağlınız və əzələləriniz təkrarlanan bir şeyi yadda saxlamağa başlayır. Dişlərimizi fırçalamaq, gəzmək və ya ayaqqabılarımızı bağlamaq haqqında düşünmürük, elə deyilmi? Yalnız iradə gücündən istifadə edərək vərdişləri dəyişdirmək səyləri yalnız qısa müddət nəticə verəcəkdir. Sonra köhnə vərdişlərə qayıdacaqsınız. Çünki şüurla şüuraltı toqquşduqda həmişə şüuraltı qalib gəlir. Siz şüurlu olaraq siqareti buraxmaq istəyə bilərsiniz, ancaq şüuraltınızda siqaretlə bağlı müsbət bir qeyd olduğu müddətcə, iradənizi istifadə edərək bir müddət siqareti buraxsanız belə, bir müddət sonra yenidən başlayacaqsınız. Unutmayın ki, bir vərdişdən qurtulmağa çalışmaqla onu dəyişdirə bilməzsiniz. Ancaq yeni bir vərdiş yarada bilərsiniz. Pis vərdişləri məhv etmək yeni bir şey öyrənməkdən daha çətindir. Ona görə də təslim olmamalı və lazım gələrsə, yaxınlarınızdan dəstək almalısınız.
Mənbə: Doktortakvimi
Tərcümə etdi: Fatimə Şükürova
