Bu gün:

Reinkarnasiya nədir?


Fransız mənşəli bir söz olan reinkarnasiyanın orijinal dildə lüğəti mənası "ruh köçü"dür və başqa bədəndə yenidən doğulma deməkdir. 

İnanca görə, Yer üzündə həyat əbədidir. Geniş araşdırmalar nəticəsində məlum olub ki, reinkarnasiyanın mənşəyi panteizmə gedib çıxır. Ən qədim dinlərdən olan panteizmdə bütün canlı və cansız varlıqların ruhu olduğuna inanılır. 

Reinkarnasiyada ruhlar dördə bölünür.

1- İnsan / İnsan Ruhu: 

Reinkarnasiya inancına görə, insan ruhu ruhlar arasında ən yüksək mərtəbədir. Əvvəlki həyatlarında yaxşı işlər görən sülhsevər ruhlar sonrakı həyatlarında insan kimi doğulurlar.

2- Cismani Ruh: 

Bu inanc sistemində ən aşağı mərtəbə olan ruh cismani ruhdur. Əvvəlki həyatlarında davamlı olaraq pislik edən, insanlara və digər canlılara zülm edən ruhlar sonrakı həyatlarında cansız cisim kimi doğulur. Bu masa, stul və ya hər hansı digər əşya ola bilər.

3- Tərəvəz Ruhu: 

Reinkarnasiyaya inanan insanlar insanın çiçək və ya ağac kimi doğula biləcəyinə inanırlar. Eynilə panteizmdə təbiətdəki bütün bitki və ağacların ruhu olduğuna inanılırdı.

4- Heyvan Ruhu: 

Ruh köçü zamanı insan öz heyvani bədəni ilə sonrakı həyatına davam edə bilər.

Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et