Bu gün:

Birinin yalan danışdığını anlamanın 7 yolu


Təbii ki, yalan danışanı 3 kilometr uzaqdan tanımaq istərdik. Bəs kiminsə yalan danışdığını müəyyən etmək üçün bir yol varmı? Birinin yalan danışdığını anlamanın 7 yolu. 


İnsan niyə yalan danışır?


İnsanlar ilə münasibətləri idarə etmək çox çətindir. Biz indi qəbul etməliyik ki, insan olan yerdə sülh müvəqqətidir və müddəti bitəndə onun yerini döyüş alır


"Birinin yalan danışdığını necə bilə bilərəm?" Sualından əvvəl özümüzə bu sualı verməliyik: "İnsan niyə yalan danışmağa məcbur olur?"


Empati qurduqdan sonra davamı gəlir.


İnsanlar, əslində, sosial həyatda bir-birlərindən çox qorxurlar. Dostluq paylarından tutmuş maliyyə ədalətsizliyinə qədər yalanlar, əslində, müdafiə mexanizmi kimi istifadə olunur, lakin bunun primitiv üsul olması danılmaz faktdır.


Gülməli tərəfi budur ki, insanların niyə yalan danışdığını az-çox başa düşdükdə həmin insan ilə empatiya qura bilərsiniz. Buna görə də, yalan danışan birini, xüsusən də, bədən dilindən az-çox deşifrə edə bilərsiniz. Gəlin bu ipuçlarına nəzər salaq.



1-Göz təması


Bir insan gözünüzün içinə baxarkən “And içirəm, bax, həqiqətən” kimi danışmağa başlayırsa və ya uzağa baxırsa, diqqətli olun! Florida davranış analitiki Dr. Lillian Glass "Yalançıların Bədən Dili" kitabında göz təmasına, yalan danışanların uzağa baxdığına diqqət çəkir.


Ancaq bu hamısı deyil. Çünki yalançılar başqalarını manipulyasiya etmək üçün gözlərinizin içinə narahatedici şəkildə baxa bilərlər. O, sənə baxıb deyə bilər ki, "Belə bir şey yoxdur. Bax, mən bunu sənin gözünün içinə baxaraq deyirəm".


2-'Baxış nöqtəsi'


FTB agenti Mark Bouton, "FBI kimi yalanları necə aşkar etmək olar" kitabının müəllifi "perspektiv"in əhəmiyyətini vurğulayır. Bouton deyir ki, sağ əlli insanların 90 faizi yalan danışarkən sağa baxır.


Eyni şey solaxaylara da aiddir. Solaxaylar da yalan danışanda sol tərəfə baxır. 


3-Ağzını və ya üzünü gizlətmək


Dr. Lillian Glass dinləyərkən tez-tez ağzını və ya üzünü gizlədən insanlara qarşı ayıq olmaq lazım olduğu mesajını verir.


Əgər sizi dinləyərkən bunu edirlərsə, əslində bu xəyanətkar planlar qurduqlarını və həqiqətə yalan əlavə etməyi düşündüklərinin işarəsidir. 


4-Ayaqqabı


Psychology Today jurnalının məqaləsinə görə, yalançılar qaçmağa meylli olduqları üçün bunu istər-istəməz bədən dillərində əks etdirirlər.


Belə ki, əgər qapalı bir mühitdəsinizsə, yalan danışan birinin ayaqlarının qapıya tərəf çevrildiyini və ən qısa zamanda ətrafı tərk etməyə meylli olduğunu görəcəksiz.


5-Çox az və ya lap çox məlumat


Glass dialoqların vacibliyinə də diqqət çəkir. Əgər suala tələb olunan cavabdan az və ya çox cavab eşitsəniz, şübhələnməkdə haqlısınız.


Bu insanlar az məlumat verməkdən çəkinə və ya mövzunu çox təfərrüatlı şəkildə danışa bilərlər.


6-Fərqli cavab vermirlər


Ona hansı şəkildə sual versəniz də, sizə həmişə eyni cavabı verirsə, şübhələnmək doğrudur. 


Heç nəyi üzə çıxarmamaq üçün seçdikləri bu üsul bizdə şübhə yaradan mühüm meyardır.


7-Dik dururlar


“Mən heç nəyə əyilməmişəm, həmişə dik durmuşam” desək də, bu sosial həyatda tətbiq edilməməlidir. Normaldan artıq dik duranların şübhəli olduğunu deyə bilərik. 


 Bildirilir ki,  adamlar həmin an qarşı tərəfə daha asan yalan danışa bilmələri üçün sözün əsl mənasında keşik çəkmə, müdafiə mexanizminə keçirlər. 


Mənbə: Milliyet 


Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et