Bu gün:

Turşuların sağlamlığa zərərləri


Hər şey normada istifadə edildikdə faydalıdır. Ancaq ən faydalı qidalar belə həddindən artıq istifadə edildikdə zərərli ola bilər. Süfrələrdən heç vaxt əskik olmayan turşular da onlardan biridir. 

Xüsusilə mədə və bağırsaqlara faydalı olan turşuların tərkibində yüksək miqdarda probiotik var. Bu probiotiklər bağırsaq florasını tarazlaşdırır. Eyni zamanda, turşu immunitet sisteminin yenilənməsində faydalıdır. Bibər, xiyar, badımcan, sarımsaq, pomidor və bir çox başqa qidaları turşu etmək olar. Bu qidaların hər biri özlüyündə faydalı olmaqla yanaşı, yaratdığı bakteriyalar sayəsində turşuya qoyulduqda daha da faydalı olur.

Turşuların zərərləri nələrdir?

Tərkibindəki natrium mədə və bağırsaqların diametrini genişləndirir. Mədə və bağırsaqların genişlənməsi iştahın artmasına səbəb olur. Daimi aclıq hissinə səbəb olan natrium kökəlməyi asanlaşdırır.

Çox turşu ilə qidalanmaq mədədəki turşunun balanssızlaşmasına səbəb olur. Turşu artdıqca xora və reflü kimi xəstəliklərə səbəb ola bilər. Əslində, ciddidirsə, hətta mədə xərçənginə də yol aça bilər. 

Turşu orqanizmdə suyun sürətlə sorulmasını təmin edir. Su orqanizmdə sürətlə sorulduğunda böyrəklərin funksional fəaliyyəti pozulur. Böyrəküstü vəzilərin fəaliyyətinin pisləşməsi səbəbindən bədən maye itkisini daha tez yaşayır. Tez-tez tualetə getmək bunun nəticələrindəndir. 

Bu, sidik yollarının infeksiyası, sidik kisəsi və böyrək xəstəliklərinə səbəb ola bilər. Bədəndə maye itkisi yalnız böyrəklərə deyil, sümüklərə də mənfi təsir göstərir. Osteoporoza səbəb ola bilər. Bəzi bəzi mütəxəssislər sümük və əzələ sistemlərində problemi olan insanlara turşu istehlak etməyi tövsiyə etmirlər.

Mənbə: yenicaggazetesi

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et