Südsüz süd içmək istəyirsizsə, soya, makadamiya, yulaf , badam , anakardiya və düyü südü kimi bir çox seçiminiz var . Xüsusilə son vaxtlar faydaları ilə gündəmə gəldiyini nəzərə alsaq hind qozu südünü də seçiminizə əlavə edə bilərsiz.
Hind qozu südü ənənəvi kokos suyuna dadlandırıcılar və stabilizatorlar əlavə etməklə hazırlanır. Dadı və tutarlılığı az yağlı südə bənzəyir və süd əvəzedicisi kimi satılır.
Kokos südün faydaları:
Qeyd etmək lazımdır ki, hind qozu südü zülal tərkibli deyil və adi südün 1:1 nisbətində alternativi hesab oluna bilməz.
Kokos südü içmək sizin üçün faydalıdır? Adi süddən daha sağlamdır? Soyuducunuzda yer auırmağa qərar verməzdən əvvəl, kokos südünün bütün faydalarını aydınlaşdıraq.
1. Bitki əsaslıdır və yağsızdır
Hind qozu südü bitki əsaslı pəhrizə riayət edən və ya süd məhsullarına dözə bilməyən insanlar üçün başqa bir ləzzətli alternativdir.
2.Digər bitki mənşəli südlərə nisbətən daha az karbohidratlıdır.
Karbohidrat miqdarı markaya görə bir qədər dəyişə bilsə də, hind qozu südü digər süd məhsullarına nisbətən daha az karbohidrat ehtiva edir.
3. Həzm etmək daha asandır
Bəzi insanlar laktozaya qarşı dözümsüzdür və südün həzmində problem yaşayırlar. Bu sizə aiddirsə, kokos südünü süd məhsulları ilə əvəz etmək bu problemlərin qarşısını almağa kömək edə bilər.
Nəhayət, kokos südü haqqında ən vacib məqam odur ki, bu süd dadlıdır! Bəzi süd alternativləri çox dadlı deyil, xüsusən də şəkərsiz növünü alacağınız südlər. Hind qozu südü üçün isə əksini ürəklə demək olar.
Mənbə: beachbodyondeman.com
Tərcümə etdi: Bənövşə Bağırova
