Bu gün:

Diqqətsizliyin səbəbi nədir?


24Media.az-ın budəfəki qonağı psixoloq Fuad Əsədovdur. O, dərslərdə, imtahanlarda baş verən diqqətsizliklərin səbəblərini açıqlayıb.

 

-Sizcə, bəzi insanlarda olan diqqətsizliyin səbəbi nədir, ümumiyyətlə, diqqətsizliyin aradan qaldırılması üçün nə edilməlidir?

 

 -Söhbət diqqətsizlikdən gedərkən biz bunu iki mənada düşünə bilərik. Ya insanda diqqət əskikliyi, hiperaktivlik sindromu var, ona görə də diqqətsizlik yaşayır, diqqətini nəyəsə fokuslaya bilmir, ya da şəxsin çevrəsində elə şeylər var ki, onun fikrini yayındırır və buna görə də o, diqqətini toplaya bilmir. Əgər söhbət diqqət əskikliyi və hiperaktivlik pozuntusundan gedirsə, bu müalicə ilə keçən bir şeydir və təbii ki, bunun üzərinə nə qədər tez düşsək, bir o qədər yaxşıdır. Diqqət əskikliyindən əziyyət çəkən insanlar sevmədikləri şeylərə diqqətlərini verə bilmirlər. Hamının sevdiyi və sevmədiyi şeylər var, bəzən bizim öhdəliklərimiz elə şeylər olurlar ki, bəlkə də, onları etməkdən həzz almırıq, ya da xoşumuza gəlmir, amma anlayırıq ki, biz onları etməliyik və edirik. Diqqət əskikliyindən əziyyət çəkən insanların problemi bundadır. Onlar başa düşürlər ki, etməlidirlər, lakin həzz almadıqları üçün diqqətlərini ona verə bilmirlər. Biz buradan o insanlara öyrətməliyik ki, onlar sevmədikləri şeylərə necə sevdikləri detalları əlavə edə bilərlər və nəticədə, o işdən həqiqətən də zövq alarlar. Bəzən hansısa "distraction”, yəni diqqət yayındırıcılar olanda insan ona görə diqqətini toplaya bilmir. O zaman bunları hər hansısa bir işə başlamamışdan əvvəl aradan qaldırmaq lazımdır.

 
 Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et