Klostrofobiya kiçik məkanlarda çaxnaşma və ya qorxu hissləri ilə xarakterizə olunan narahatlıq, qapalı məkanda qalmaq qorxusudur. Bu, insanları narahat, əsəbi hiss etdirə bilər. Klostrofobiyası olan insanlar tez-tez bu hissə səbəb olan hallardan qaçırlar.

Klostrofobiyaya nə səbəb olur?
Klaostrofobiya obsesif-kompulsif pozğunluq (OKB) və travma sonrası stress pozğunluğu kimi bir neçə fərqli psixoloji problemlərlə əlaqələndirilir. Bu pozğunluqlar qorxu ilə əlaqəli həddindən artıq düşüncələr və davranışlar da daxil olmaqla bəzi ümumi simptomları bölüşür.
Klaostrofobiyanın simptomları:
Klostrofobiyadan əziyyət çəkən insanlar tez-tez özlərini tələyə düşmüş hiss edirlər və qaça bilmirlər. Liftlər, təyyarələr və hətta avtomobillər kimi qapalı məkanlarda olduqları zaman da narahatlıq və əsəbi hiss edə bilirlər.
Klaostrofobiyanın müalicəsi:
Klostrofobiyanız ola biləcəyini düşünürsünüzsə, dərhal həkiminizlə danışın. Bu, müalicəyə ehtiyacınız olub-olmadığını müəyyən etməyə kömək edəcək. İstirahət üsullarından istifadə edərək evdə özünüzü müalicə edə bilərsiniz. Bu üsullara dərin nəfəs məşqləri, meditasiya, yoqa və mütərəqqi əzələlərin rahatlatmaq daxildir.
Mənbə: Koruhastanesi
Tərcümə etdi: Çimnaz Məmmədova
