Bu gün:

Bibliosmia: Köhnə kitabların cəlbedici qoxusuna sevgi


İkinci əl kitab mağazasına getdiyiniz zaman və ya köhnə kitabları vərəqlədiyiniz zaman kitabların qoxusu çox vaxt insanda fərqli hislər yaradır. Təsvir etmək çətin olsa da, bir şeyin sizi çəkdiyini bilirsiniz. Bu təsvir edilməyən asılılığın bir adı var: bibliosmiya

Əgər bibliosmiyasınızsa, xüsusən, köhnə kitablar, ensiklopediyalar qoxusuna görə sizə cəlbedici gəlir. Onları köhnə şkafdan çıxardığınız zaman qoxu sizi ovsunlayır. Bəs köhnə kitabların qoxusunu niyə bəyəndiyimizi heç düşünmüsünüzmü?

Araşdırmalara görə, köhnə kitabların qoxusunun xoşbəxtliklə əlaqəsi var. Brimingham Muzeyində 79 nəfər üzərində aparılan araşdırmada iştirakçılardan butulkadakı kitabın qoxusunu hiss etmələri istənilib. Bu qoxunun nəyə aid olduğunu soruşduqda iştirakçıların əksəriyyəti şokolad və ya qəhvə cavabını verib. Təbii ki, köhnə kitablar şokolad və qəhvədən hazırlanmır. Həmçinin bəzi fikirlərin əksinə olaraq kitabların yanında qəhvə içmək və ya şokolad yemək kitabın iyini dəyişmir. Bununla belə, kitabların qoxusunu digər məşhur qoxularla əlaqələndirmək bizə onu niyə sevdiyimizə dair bir ipucu verir. Kitabın qoxusu necə yaranır? Matija Strlic adlı kimyaçı öz laboratoriyasında köhnə kitabların niyə daha tez saraldığını və bu xoş qoxunu necə yaydığını araşdırıb. Araşdırmada o, bu qoxunun zamanla köhnə kitablardakı “liqin” adlı maddənin turşuya çevrilməsi nəticəsində yarandığını müəyyən edib. Ancaq indi yeni kitablar çıxararkən liqin maddəsini ayırmaq olur. Köhnə kitablarla yeni kitablar arasında saralma fərqi bu maddənin azlığı və ya olmaması ilə müəyyən edilir. Bu həm kitabın rəf ömrünü uzadır, həm də onun saralmasının qarşısını alır. Amma nə qədər ayrılsa da, o sellüloza bir gün oksidləşib xarab olacaq və təzə kitablar köhnə kitablar qədər olmasa da saralıb o xoş qoxunu bizə gətirəcək. Təbii ki, belə gözəl hissin latınca bir adı olmalıdır. 

Bibliosmia kitab qoxusunu sevən insanlara verilən addır. Bir bibliosmiya gündə ortalama bir dəfə ikinci əl mağazasına baş çəkmək və ya kitabxananın qarşısında kitablara göz gəzdirmək kimi davranışlarla məşğul ola bilər. Bu qoxu o qədər məşhurdur ki, bəzi mağazalar hətta kitab ətirli şamlar və bibliosmiyalar üçün ətirlər istehsal edir.

Mənbə: Themagger 

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et