Karl Laqerfeldin “Aldığınız hər kitabla onu oxumağa da vaxt almalısınız” sözünün əksinə olaraq çoxlu kitab alan, lakin oxumağa vaxt almayan insanlar haqqında oxşar hekayəni görmüsünüz və ya eşitmisiniz. Bu adam siz də ola bilərsiniz. Yaxşı, həddən artıq çox kitaba sahib olmağı üstünlük olmaqdan daha çox bir növ israfçılıq olduğunu heç düşünmüsünüzmü?

Tsundoku sindromu, insanın oxuya biləcəyindən daha çox kitab alması və hələ oxunmamış bir yığın kitabı olmasına baxmayaraq, "oxumaq niyyəti" ilə yeni kitablar almağa davam etməsi vəziyyətidir. Bu sözün mənşəyi yapon dilindən götürür. Yapon dilində Tsundoku anlayışı “tsundae-oku” və "doku" sözlərinin qarışması nəticəsində yaranmışdır ki, bu da hər hansı bir məqsəd üçün nəyinsə üst-üstə yığılması, sonra isə ondan istifadə edə bilmədən yığından ayrılması vəziyyətini ifadə edir.
Məşhur italyan yazıçısı Umberto Ekonun aşağıdakı sitatı bu gün Tsundoku dediyimiz sindromu çox gözəl izah edir, - “Oxuduğu kitabları oxumasa da, yeni kitablar almaqdan vaz keçməyən oxucu, aldığı kitabları duyğu ilə qoruyub saxlayır.Bu mühafizənin kolleksiya ilə heç bir əlaqəsi yoxdur, çünki burada söhbət intizam deyil, illüziyaya əsaslanan qorunmadır”.
Tsundoku sindromu və bibliomaniya “oxumaq niyyəti ilə” ifadəsi Tsundokunu, həqiqətən, dərk etmək üçün çox vacibdir. Çünki Tsundoku Bibliomania ilə qarışdırıla bilər, bu da hər ikisinin oxunmayacaq kitabları satın alma davranışını ehtiva etməsi ilə oxşardır. Bununla belə, Bibliomania və Tsundoku sindromunda satınalma davranışının məqsədi tamamilə fərqlidir. Bibliomaniyada fərdlər kitabları yalnız onlara "sahib olmaq" motivi ilə alırlar. Burada alınan kitabları oxumaq məqsədi yoxdur. Bununla belə, Tsundoku Sindromunda kitab satın alma davranışının əsas məqsədi kitab oxumaq niyyətidir.
Nəticə niyyətdən çox fərqlidir: Açılmamış əsərlər kitabxanası. İki anlayış arasındakı digər mühüm fərq kitab aldıqdan sonra yaranan duyğularla bağlıdır. Əsas məqsədi “sahib olmaq” olan Bibliomaniada insan kitabı alan kimi davranışı məqsədinə çatdığı üçün heç bir günah hiss etmir. Ancaq Tsundoku sindromunda vəziyyət fərqlidir. Tsundoku Sindromunda davranışın əsas məqsədi kitab oxumaq olduğu üçün oxunmamış kitablardan ibarət "Açılmamış əsərlər kitabxanasına" baxanda insan özünü böyük günahkar hiss edir.
Mənbə:Evimdekipsikolog
Tərcümə etdi:Fatimə Şükürova
