Bu gün:

Hipnoz


Hipnoz şüur açıq olduğu zaman insanı müəyyən şüursuzluq və trans vəziyyətinə salaraq şüursuz şəkildə basdırılmış problemlərin və psixoloji problemlərin aradan qaldırılması məqsədi daşıyan bir üsuldur. 

Şüurun tam açıq olduğu zaman yuxu və oyaqlıq arasında xüsusi bir zehni diqqət vəziyyəti vasitəsilə xəstənin şüuraltında şüursuz olaraq qalmış hiss, düşüncə, davranış və ya vərdişləri həll etməyi hədəfləyən bir üsul olaraq təyin edilə bilər. Tarixdə istifadə edildiyi ilk anlardan bəri diqqəti cəlb edən dramatik müalicə üsulu olan hipnoz texnikalar toplusu kimi qarşıya çıxır. Bu, beyin funksiyalarının aktiv olduğu psixi vəziyyətdir və buna görə də arzu ilə baş verir.

Hipnozun xüsusiyyətləri nələrdir?

Əslində, əsrlər boyu istifadə edilən normal və adi bir üsul olan hipnozun nə olduğunu daha yaxşı başa düşmək üçün onun əsas xüsusiyyətlərini belə sıralaya bilərik:

Hipnoz davranışımıza şüursuz şəkildə təsir edən keçmiş hadisələrə qayıtmağa imkan verən bir üsuldur.

Hipnoz praktikasında insanın öz istəklərinə uyğun olaraq insanın şüuraltısı təklif oluna və istiqamətləndirilə bilər.

Hipnoz qətiyyən yuxu prosesi deyil. Hipnoz zamanı beyin funksiyaları aktiv olur, fərdi nəzarət aydın olur və insanda yuxululuq yaşanmır. Buna görə də adam nəzarəti itirmir.

Məşhur inancın əksinə olaraq, hipnoz o demək deyil ki, insan ona deyilən hər şeyi sorğu-sual etmədən yerinə yetirir.

Hipnoz zamanı beynin hər iki yarımkürəsi tək bir sahədə əməkdaşlıq edir, lakin sağ beyin sol beyindən daha çox idarə edir.

Hipnoz, əsasən, xəstənin şüuraltında kök salmış davranış, düşüncə və ya vərdişlərin yuxu və oyanıqlıq arasındakı aktiv şüur vəziyyətində həll olunduğu bir üsuldur.

Hipnoz müalicəsi necə tətbiq olunur?

Hipnoz müalicə üsulu xüsusilə narahat vəziyyətlərin müalicəsində uğurla istifadə edilə bilər. Hipnoz insanın həssaslığını azaltmaqda və təkrar tətiklərin qarşısını almaqda çox təsirli bir üsuldur. Tibb və psixologiya sahələrində tətbiq olunan hipnoz üsulu ilə bir çox vəziyyətlərin diaqnozu və ya müalicəsi mümkündür.

Hipnoz şüursuz hissləri, düşüncələri, adi və ya öyrənilmiş vəziyyətləri dəyişdirmək üçün tətbiq edilir. Bu baxımdan hipnoz müalicəsi psixoloji sayılan, demək olar ki, bütün problemlərə tətbiq oluna bilər. Fiziki sağlamlıq problemləri üçün hipnoz müalicəsi əsas müalicəni dəstəkləmək üçün köməkçi müalicə üsulu kimi tətbiq oluna bilər.

Mənbə: drendervardar.com

Tərcümə etdi: Gülay Qəribova


Paylaş
Şərh əlavə et