Bu gün:

Nanə niyə ağzımızı sərinləşdirən dad verir?


Nanə saqqızını çeynəyib, üstündən su içdiyiniz zaman ağzınıza buz qoymuş kimi hiss olunur və ya birbaşa nanə yediyiniz zaman nəfəs alarkən ağzınızın içi sanki soyuyur. Bəs niyə?

Bu suala cavab verməzdən əvvəl bir az məlumat verməliyik. Yediyimiz bir şeyin isti və ya soyuqluğunu belə başa düşürük. Yediklərimiz sinirlərimizdə elektrik siqnalı yaradır. Beləliklə, məlumat beynimizə daxil olur və biz o şeyin soyuq və ya isti olduğunu anlayırıq.

Gəlin nanə haqqında danışaq... Nanə tərkibindəki aktiv maddə olan mentol sayəsində sərinlik hissi verir. Alnında mentol sinir hüceyrələrimizi aldadır və sərinlik hissi yaradır. Sinir hüceyrələrimizdəki, məsamələrə təsir edərək onlarda dəyişikliklərə səbəb olur.

Mənbə: milliyet.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et