Bu gün:

Diqqət və hiperaktivlik pozğunluğu


Diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğunda, bazal qanqliyalarda və beynin frontal bölgəsində ölçü fərqləri və ya daha az qan axını ilə əlaqəli əlaqələr elmi mənbələrdə göstərilir.

Hiperaktivlik və diqqət əskikliyi pozğunluğu (DEHB) olan uşaqlarda və böyüklərdə yaşlarına uyğun olaraq davranışlarını idarə edə bilməmək ümumi bir vəziyyətdir.

Daha çox 6-12 yaş arasında diaqnoz qoyulur, çünki bu yaşda davranışlar daha çox nəzərə çarpır. Uşaqlar və yeniyetmələr arasında yayılmasının 5% ilə 8% arasında olduğu təxmin edilsə də, 3% nisbətində yetkinliyə daşındığı düşünülür.(CDC 

Araşdırmalara görə, son 10 ildə onun yayılmasının iki dəfədən çox artdığı bildirilir.

Bu astronomik artım qismən xəstəlik haqqında məlumatlılığın artması ilə əlaqələndirilir.

Uşağın ünsiyyət bacarıqları xüsusi təhsil və reabilitasiya təlimləri vasitəsilə sosiallaşma yolu ilə inkişaf etdirilməlidir.

Bəzi araşdırmalarda 18 yaşa qədər zehni inkişafın 30%-nin 8 yaşından əvvəl meydana gəldiyini nəzərə alaraq, məktəbdən əvvəl erkən diaqnozla bir həll təmin edilir.

Mənbə: npistanbul

Tərcümə etdi: Gülay Qəribova


Paylaş
Şərh əlavə et