Bu gün:

Hansı daha faydalıdır: kitabı oxumaq ya dinləmək?


Oxucuların və ya dinləyicilərin informasiyanı necə qavraması önəmlidir. Məsələn, dinləyicilər üçün iki mühüm anlayış ön plana çıxır: Eşitmə və dinləmə. 

Fərdlər eşidilən məzmunu başa düşmək üçün sözün həqiqi mənasında dinləyirlər, yoxsa bu, sadəcə passiv eşitmə aktıdır? Bu sual oxucuların kitabı dərk etmə dərəcəsinə cavab verir.

Tədqiqatçılar oxunan və dinlənilən hekayədəki sözləri mənalarına görə müxtəlif kateqoriyalara (məsələn, vizual, emosional, sosial, mövqe, ədədi) bölüblər. Daha sonra MRT məlumatlarına əsaslanaraq bu sözlərin beynin hansı hissələrini aktivləşdirdiyini göstərən üçölçülü xəritələr yaradıblar. Nəticədə dinləmək və oxumaq üçün yaradılmış semantik beyin xəritələri müqayisə edildikdə onların, demək olar ki, eyni olduğu başa düşülüb. Belə ki, biz bir sözü oxuyanda və ya dinləyərkən beynimizin eyni sahələri aktivləşir.

Fiziki kitablar və audiokitablar

Kitabı fiziki olaraq oxusaq, dinləməkdən daha çox şey öyrənirik?

Audiokitabların tarixinə nəzər salsaq, 1940-cı illərdən bəri müxtəlif versiyalar mövcuddur. “Radioteatr” anlayışı 1940-cı illərdə aktiv olsa da, bu gün rəqəmsal transformasiyalar nəticəsində onun məzmunu və mühiti dəyişsə də, dinləmə aktı eynidir.

Parkda qaçarkən kitab oxumaq olduqca çətindir. Bu anlarda audiokitablara (və ya podkastlara) qulaq asmaq ən uyğun öyrənmə üsulu kimi görünür. Audiokitab dinləməklə fiziki kitab oxumaq arasındakı digər fərq beynimizin məlumatı necə emal etməsi ilə bağlıdır.

Başqa bir araşdırmaya görə, üç qrup yaradılıb. Birinci qrupa Birinci Dünya Müharibəsindən bir hekayə dinləyiblər. Onlar ikinci qrupa eyni hekayəni elektron oxucu vasitəsilə oxutdurdular. Üçüncü qrupa hər iki üsuldan istifadə etdilər. Nəticələrə görə, istifadə olunan metoddan asılı olmayaraq, hər üç qrup aşağı-yuxarı eyni bal toplayıb.

Mənbə: Uzayda

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et