Yalnızlıq sindromu nədir?
Yalnızlıq insanın dünyadan qopması, boşluq hissi ilə qarışması hissidir. Bu zaman insanlarla ünsiyyətdə çətinlik yaranır. Ancaq bəzən insanlar şüurlu olaraq tək qalmağa üstünlük verirlər və təklikdən həzz alırlar.
Başqalarından təcrid olunmaq hissi, əsasən, şəxsi vəziyyətdir. Axı biz daim başqa insanların əhatəsindəyik. Beləliklə, tənhalığın çox vaxt həyatımızda insanların olmaması ilə heç bir əlaqəsi yoxdur, daha çox heç kimin bizə dəyər vermədiyi və ya bizimlə vaxt keçirmək istəmədiyi ümumi inamla bağlıdır.
Xroniki yalnızlıq sindromu bu inancın ən ifrat variantı olanıdır. Bu problemi olan insanlar başqa insanlardan tamamilə ayrıldıqlarını düşünürlər. Başqaları tərəfindən başa düşülmədiklərinə və başqalarının onlarla vaxt keçirmək istəmədiyinə inanırlar. Bu onlara hər gün hər sahədə problemlər yaradır.
Bu sindromdan təsirlənən insanlar özlərini başqalarından təcrid etməyə meyllidirlər. Heç kimin onları qəbul etməyəcəyinə inandıqları üçün sosial vəziyyətlərə qarışmamağı seçirlər. Təbii ki, bu onlar üçün “qüsursuz dairə”yə çevrilir: başqalarına yaxınlaşmaqdan nə qədər qaçırlarsa, özlərini bir o qədər tənha hiss edir və sosial əlaqə axtarmağa bir o qədər az həvəs göstərirlər.
Bu sindrom niyə baş verir?
Mütəxəssislərin fikrincə, insanın sosial münasibətləri bu problemin tək səbəbi deyil. Əksinə, xroniki tənhalıq sindromunun mənbəyi bu problemi yaşayan insanların özləri haqqında saxladıqları inanclara əsaslanır. Onların düşüncələrinə görə, bu insanlar özlərini başqalarından daha az bacarıqlı və daha az arzuolunan görürlər.
Yalnızlıq problemini necə aradan qaldırırıq?
Etməli olduğunuz ilk şey heç kimin mükəmməl olmadığını özünüzə xatırlatmaqdır. Bu sindromun əsas səbəbi özünə inamın olmaması ilə əlaqədardır.
Daha çox sosial ola biləcəyiniz mühitlər tapın. Əgər özünüzü başqalarından təcrid etsəniz, getdikcə daha çox tək və dəyərsiz hiss edəcəksiniz. Buna görə də, bəlkə də, sosial vəziyyətlərdə olmaqla risk tolerantlığınızı artırmalısınız. İlk baxışda çətin görünsə də, cəhd etdikcə bunun nə qədər asan olduğunu görəcəksiniz. Sosial bacarıqlarınızı təkmilləşdirin.
Mənbə: Aklınızı Keşfedin
Tərcümə etdi: Aminə Paşazadə
