Bu gün:

Dərinin qurumasına səbəb nədir?



Quru dəri nədir?

Quru dəri və ya tibbdə məlum olduğu kimi kserozu dərinin ən səthi təbəqəsi olan epidermisdə lazımi miqdarda suyun olmaması ilə xarakterizə olunan çox yayılmış bir dəri problemidir. Kişilərdə və qadınlarda eyni dərəcədə təsir göstərsə də, daha yaşlı insanlarda rast gəlinir. Əllər, dirsəklər və dodaqlar kimi bölgələr quru dəridən daha çox təsirlənir.

Dərinin qurumasına səbəb nədir?

Quru hava şəraitinə, isti suya və bəzi kimyəvi maddələrə məruz qalma dərinin qurumasına səbəb ola bilər. Dərinin qurumasına əsas tibbi şərtlər də səbəb ola bilər. Adətən, ekoloji səbəblərdən qaynaqlanır. Quru dərinin mümkün səbəbləri arasında:

Hava şəraiti: Dəri temperatur və rütubət səviyyəsinin aşağı düşdüyü qış aylarında quru olur.

İstiləşmə yolu: Radiatorlar, odun sobaları, yeraltı istilik cihazları və s. rütubəti azaldır və dərini qurudur.

İsti vannalar və duşlar: Uzun isti duşlar və ya vannalar dərini qurudur. Xüsusilə, çox xlorlu hovuzlarda üzgüçülük də quruluğun mühüm səbəbidir.

Sərt sabunlar və yuyucu vasitələr: Bir çox növ sabun, yuyucu vasitə və şampunlar dəridəki nəm və yağı çıxararaq quruluğa səbəb olur.

Kifayət qədər maye içməmək: Dərinin nəmliyini qorumaq üçün hər gün kifayət qədər su içmək lazımdır.

Digər dəri xəstəlikləri: Atopik dermatit və ya sedef kimi dəri xəstəlikləri olan insanlar quru dəriyə meyllidirlər.

Bəzi dərmanlar: Dəri quruluğu bəzi dərmanların yan təsiri kimi baş verə bilər.

Quru dərinin əlamətləri hansılardır?

Dərinin quruluğu, ümumiyyətlə, müvəqqəti bir vəziyyətdir. Ancaq bəzi insanlarda ömür boyu xroniki bir vəziyyət də ola bilər.

Dəri quruluğunda görünə bilən əlamətlər yaşa, ümumi sağlamlıq vəziyyətinə, yaşayış yerinə, çöldə qalma müddətinə və problemin səbəbinə görə dəyişir. Quru dərilərdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi baş verə bilər:

-Xüsusilə, duş, çimmək və ya üzgüçülükdən sonra dəridə sıxılma hissi

-Dəridə kobud görünüş

-Qaşınma

-Dərinin soyulması 

-İncə xətlər və ya uzanma işarələri

-Qızartı və səpgilər

-Qanayan dərin çatlar 

Quru dərilərə nə yaxşıdır?

Nəmləndirici məhsulların istifadəsi dərinin quruluğunu aradan qaldırmaq üçün təsirli bir üsuldur. Nəmləndirici kremlər, losyonlar və ya yağlar tərkibindəki xüsusi maddələrlə dərinin nəm balansını saxlaya bilir. Hialuron turşusu, qliserin və jojoba yağı kimi maddələr dərinin təbii elastikliyini artıraraq quruluğu azaldır. Bundan əlavə, gündəlik su qəbuluna diqqət yetirərək bədəndəki su balansını qorumaq dərinin nəm səviyyəsinə də təsir edə bilər.

Mənbə: Medical Park

Tərcümə etdi: Aminə Paşazadə





Paylaş
Şərh əlavə et