Böyük monqol imperatoru Çingiz xanın necə öldüyü və məzarının harada olduğu əsrlər boyu sirr olaraq qalır.

Çingiz xan tarixin ən böyük imperiyalarından biri olan Monqol İmperatorluğunun qurucusu və hökmdarı idi. Sakit okeandan Ukraynaya qədər uzanan bu imperiya İpək Yolunun inkişafına şərait yaratdı. Bundan əlavə, Çingiz xan etibarlı poçt xidməti, kağız pul, dini azadlıq və diplomatik toxunulmazlıq kimi sistemlərin qurulmasına kömək etdi. O, 1227-ci ildə vəfat etdi və imperiyasını vəsiyyət etdiyi varisləri daha çox ərazini fəth etməyə davam etdilər.
Düşünə bilərsiniz ki, belə bir möhtəşəm şəxsiyyətin məzarını qeyd etmək üçün abidələr və əfsanəvi tikililər ucaldıla bilər. Lakin Çingiz xanın ölümü haqqında çox az məlumat var və məzarının yeri haqqında demək olar ki, heç bir məlumat yoxdur.
Təbii ki, onun ölümü ilə bağlı müxtəlif rəvayətlər var. Onun Çin orduları ilə müharibədə atından yıxılaraq yaralanmasından tutmuş, Qərbi Xia (şiə) şahzadəsi tərəfindən yatağında öldürülməsinə qədər bir çox müxtəlif hekayələr var, bəziləri fantastik sayıla bilər.
Ancaq bu şayiələrin əksəriyyətinin onun ölümündən sonra yarandığı, ailəsinə və ardıcıllarına həqiqəti gizli saxlamağı tapşırdığı düşünülür. Əslində, bu məxfilik mümkün olan ən pis zamanda baş verən ölümlə bağlı idi. Çingiz xan 20 il davam edən Qərbi Xia fəthinin mühüm mərhələsində öldü.
Tarixi-tibbi nöqteyi-nəzərdən onun ölümü daha adi bir xəstəliklə bağlı ola bilər, çünki o, 1227-ci il avqustun 18-dən 25-ə qədər özünü pis hiss edib və 8 gün sonra vəfat edib.
Onun cənazəsi zamanı, orda olan hər kəs ordu tərəfindən öldürülüb. Əgər Xiongnu padşahlarının dəfn adətlərinə əməl edilsəydi, o, təxminən 20 metr dərinlikdə taxta otaqda, işarəsiz qəbirdə dəfn ediləcəkdi.
İddialara görə, ordu bundan sonra hər hansı bir izi yox etmək üçün qəbrin üstündə 1000 at çapıb. Beləliklə, yer tamamilə gizlədilib, fiziki axtarışlar və ya qəbir qarətini qeyri-mümkün ediblər.
Bəzi insanlar da var ki, Monqolustan xalqının ən azı bəzilərində Xana dini hörmət var idi. Çünki, bəziləri dəfn yerinin sirr olaraq qalmasını istədikləri üçün buna hörmət edilməli olduğunu düşünürlər.
Nəzəriyyə və rəvayətlərdən biri budur ki, türbə Hentii dağlarında, Burxan Xaldun adlı zirvədə ola bilər. Ehtimal olunur ki, Xan bir dəfə o dağda düşmənlərindən gizlənib və öləndən sonra qayıdacağına söz verib. Bununla belə, qeyd etmək lazımdır ki, bu nəzəriyyə hələ də mübahisəlidir və tarixən Burxan Xaldun adlandırılan daha beş dağın olduğunu deməyə əsas verən dəlillər var.
Son zamanlar alimlər yerləri tapmaq üçün daha müasir texnologiyalardan istifadə etməyə başlayıblar. “PLOS ONE”-da dərc olunan bir məqalə peyk axtarışı vasitəsilə Çingiz Xanı tapmaq üçün izdihamlı dəstəkdən (30.000 saat töhfə verən 10.000-dən çox onlayn könüllü) istifadə etməyə çalışdı. Onlar 6000 kvadrat kilometr ərazini araşdırdılar və çoxlu müxtəlif arxeoloji qalıqlar tapdılar, lakin məzarın özünü yox.
Bir sözlə, Çingiz xanın məzarı heç vaxt tapılmaya bilər.
Mənbə: chip
Tərcümə etdi: Sevil İsmayılova
