“Jet lag”adətən uzun uçuşlardan sonra baş verən və bədənin bioloji saatı ilə eniş yerinin vaxtı arasında uyğunsuzluq nəticəsində yaranan bir xəstəlikdir. Bu narahatlıq müxtəlif vaxt zonaları arasında səyahət edərkən baş verir. Həddindən artıq yorğunluq, yuxusuzluq, diqqətsizlik və həzm problemlərinə səbəb ola bilər. Yuxu pozğunluğu “jet lag” ın ən məşhur təsirlərindən biridir.

“Jet Lag” niyə baş verir?
“Jet lag”, bədənin dəyişən saat qurşağından təsirləndiyi zaman baş verir. Araşdırmalara görə, “jet lag” daha çox qərbdən şərqə doğru və gündüz uçuşlar zamanı müşahidə olunur. Yaş artdıqca “jet lag” riski artır. Bunun səbəbi gənc orqanizmin bioloji dəyişikliklərə daha tez uyğunlaşmasıdır. Bədənin bioloji ritmi 24 saatlıq iş rejimindən ibarətdir. “Jet lag” sindromu bu rejim pozulduqda baş verir. Başqa sözlə, gedəcəyiniz yerin yerli vaxtından asılı olaraq, bütün bədəninizin iş rejimi pozulduğu üçün reaktiv gecikmə ilə qarşılaşa bilərsiniz. Məsələn, İstanbulla Bişkek arasında 3 saat fərq var. İstanbuldan Bişkekə uçuşlar orta hesabla 5 saat yarım çəkir. Yəni İstanbuldan Bişkekə təyyarə ilə günorta 12.00-da yola düşən biri Bişkekə 17.30-da yox, 20.30-da çatacaq. Bu, “jet lag”a səbəb ola bilər. Bu vəziyyətdə edilə biləcək bəzi şeylər var.
“Jet Lag” dan necə qurtulmaq olar?
Müxtəlif saat qurşaqlarında olan ölkələrə hava səyahətindən sonra baş verən “jet lag” insanın fizioloji və psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Qısa müddətdə yox olsa da, uzun müddətli “jet lag” da baş verə bilər. Bunun üçün hələ də qəti müalicə yoxdur. Bununla belə, bəzi tövsiyələr “jet lag” ın təsirini minimuma endirməyə kömək edə bilər.
“Jet Lag”dan qurtulmaq üçün tövsiyələr:
“Jet lag” təsirindən xilas olmaq üçün müəyyən üsullara riayət etmək olar. Fərqli saat qurşağı olan yerə gedirsinizsə, uçuşunuzdan bir neçə gün əvvəl o yerin saat qurşağına uyğun olaraq bioloji ritminizi tənzimləyə bilərsiniz. Gedəcəyiniz yerdə 2 gündən çox qalmayacaqsanızsa, bioloji ritminizi dəyişmək tövsiyə edilmir.
Uçuşdan bir gün əvvəl və uçuş günündə özünüzü həddindən artıq yükləməyin və spirt içməyin.
Axşam enə biləcəyiniz uçuş vaxtlarını seçin. Beləliklə, enişdən sonra yuxu rejiminizi tənzimləmək üçün vaxtınız olacaq. Əgər vacib görüşə gedirsinizsə, görüşə 1-2 gün qalmış gedəcəyiniz yerə uçmaq məqsədəuyğun olardı. Beləliklə, bioloji ritminizi tənzimləyə bilərsiniz.
Günəş işığında saatlarla oyaq qalmaq “jet lag”dan qaçmağa kömək edəcək.
Mənbə: Flypgs
Tərcümə etdi: Sevil İsmayılova
