Bu gün:

Sağlam hamiləlik üçün bəzi məsləhətlər


Sağlam hamiləlik, sağlam ana, sağlam körpə və sağlam həyat üçün xəbərdarlıqlar edən Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op.  Dr. Okan Özden bunun lazım olan kiçik tədbirlərlə əldə edilə biləcəyini bildirir. Bəzi sadə gündəlik vərdişləri dəyişdirərək və sadə tədbirlər alaraq körpənin yeni həyatına çox daha yaxşı bir başlanğıc edə biləcəyini ifadə edən Doğum və Ginekologiya Mütəxəssisi Op.  Dr.  Okan Özden deyir:

"İlk tövsiyəmiz hamiləliyi planlaşdırarkən və ya hamiləliyi öyrənərkən dərhal qadın doğum həkiminə müraciət etməkdir. Hamiləliyin ən az ilk üç aylıq dövründə fol turşusu əlavəsi "spina bifida" kimi sinir borusu qüsurları riskini azaldacaq. Bununla belə, D vitamini dəstəyi körpənin skeleti və gələcək sümük sağlamlığı üçün də vacibdir. Yeməklərdə kifayət qədər balıq istifadə olunmursa, Omeqa-3 tərkibli əlavə vitaminlərə üstünlük verilməlidir. Sağlam qidalanmaya daim diqqət yetirilməlidir".

Gündə 4-5 dəfə meyvə və tərəvəz yeyilməli, düyü kimi karbohidratlı qidalardan uzaq durmalısınız. Tam taxıl məhsullarına üstünlük vermək faydalıdır. Zülal ehtiyacları üçün paxlalılar, yağsız ət, yumurta fındıq-qoz kimi çərəzlər istifadə  edilə bilər. Pasterizə edilmiş süd, pendir və qatıq kimi gündəlik məhsullar və həftədə ən az iki dəfə balıq yeməyi  da qida proqramının ehtiyacları arasında olmalıdır.

Yeməyə toxunmazdan əvvəl əllərin yuyulması lazım olduğunu vurğulayan Özden: 

"Mümkünsə çiy ətə birbaşa toxunulmamalı, toxunulsa belə, əllər sonra yuyulmalıdır. Çiy qidalar və hazır  qidalar ayrı yerlərdə    saxlanılmalıdır. Pasterizasiya edilməmiş südün tərkibində hamiləliyə zərərli olan bəzi bakteriya və parazitlər ola bilər. Pendir, çiy və ya az bişmiş ət məhsulları kimi qidalardan uzaq durmaq faydalıdır. İdmanların ana və körpə üçün çox faydası var".

Həddindən artıq kofeinin uşaqsalma riskinizi artıra biləcəyini ifadə edən Özden: 

"Dəqiq məlumat olmasa da, bunun aşağı doğum çəkisi ilə əlaqəli ola biləcəyini iddia edənlər var. Bu səbəblə qəhvə, çay, kola, şokolad və enerji içkiləri azaldılmalı və kofeinsiz çay və qəhvə növləri istifadə edilməlidir.Təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək faydalıdır.Siqaretdən istifadə az çəki, vaxtından əvvəl doğuş, uşaqsalma, ani döl ölümü kimi çox ciddi nəticələrə səbəb ola bilər".

Yüksək hormon səviyyəsinə görə ilk bir neçə ayda yorğun və halsızlıq hiss etmək normaldır. Sonrakı dövrlərdə tualet ehtiyacının artması və ya yataqda rahat olmaması yuxunun pozulmasına səbəb ola bilər. Gecə yuxusu kəsilirsə, gün ərzində qısa yuxular  ananı rahatlaşdıracaq.  Hamiləlik dövründə qan həcmi təxminən 50 faiz artır. Ona görə də bu artımı qarşılamaq üçün bol su içmək lazımdır. Kifayət qədər su istifadəsi, hamiləlik zamanı ciddi problemlərə səbəb olacaq qəbizlik, sidik yolları infeksiyaları, yorğunluq, baş ağrısı və şişkinlik kimi vəziyyətlərin də qarşısını alacaq.

Mənbə:CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et