
24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi tibb eksperti Aydın Əliyevdir. O, qızılca xəstəliyi haqda danışıb.
Qızılcanın əsas göstərici olan səpkilər necə yaranır, ümumiyyətlə, xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?
Bu gün həm böyüklər, həm də kiçiklər arasında qızılcanın yayılması aktivləşmişdir. Bu hal bədənin pataloji törədicilərinə qarşı immun sisteminin zəifliyini göstərir. Uşaqların həssaslığı səbəbilə bu xəstəliyə ən çox yoluxan onlar olurlar. Qızılca daha çox hava damcı suyu ilə yayılır. Azərbaycanda qızılca xəstəliyinin yayılmasının səbəbi peyvənd olunmamaqdır. Bu cür xəstəliklərdən qorunmağın birinci yolu peyvənd olunmaqdır. Sanitar-gigiyenik qaydalarına əməl etməli, düzgün qidalanmalı və s.
Qızılcaya yoluxma zamanı yaranan səpkilər qanın tərkibində olan hüceyrələrin zədələnməsi zamanı meydana çıxır. İmmun sisteminin zəifləməyinin digər səbəbi də havanın çirkliliyi, ekoloji tarazlığın çox olmasıdır. Bunların hər biri bədəni zəiflədən amillərdir. Uşaqların sağlamlığı ilə bağlı yaşanan digər problemlərdən biri də onların gün ərzində telefondan çox istifadə etməkləridir. Telefonda çox olmaq uşağın düzgün qidalanmamasına, yuxu pozğunluğuna, fikir yayınmasına, göz zəifliyinə gətirib çıxarır. Bu hallarda onların immun sistemi aşağı düşür. Valideynlərə tövsiyəm odur ki, uşaqları telefondan uzaq bir mühitdə böyütsünlər.
Türkanə Meşədiyeva
