Gündəlik enerjinizi artırmaq və həyatdan daha çox həzz almağın bir neçə yolu var. Öz enerjinizi artıra bilərsiniz. Bunu özünüzə investisiya etməklə və ən çox da özünüz haqqında düşünməklə edə bilərsiniz. Gündəlik həyatda həyat enerjinizi artırmaq üçün edə biləcəyiniz şeylər bunlardır:
1- Stressinizi idarə edin: Stressin yaratdığı duyğular böyük miqdarda enerji sərf edir. Dostunuz və ya qohumunuzla danışmaq, dəstək qrupuna qoşulmaq və ya psixoterapevtlə görüşmək stresinizi bir qədər azaltmağa kömək edə bilər. Meditasiya, yoqa və tai chi kimi istirahət təcrübələri də stresinizi azaltmaqda təsirli ola bilər.
2- Yükünüzü yüngülləşdirin : Yorğunluğunuz üçün əsas səbəblərdən biri həddindən artıq işdir. Əlavə iş peşəkar, ailə və sosial yükləri əhatə edə bilər. "Görməli" fəaliyyətlər siyahısını düzəltməyə çalışın. Ən vacib vəzifələrə əsaslanaraq prioritetlərinizi təyin edin. Daha az vacib olanları çıxarın. Lazım gələrsə, işdə əlavə kömək istəməyə çalışın, xahişinizin sizdən daha vacib olmadığına əmin olun.
3- Məşq edin: İlk növbədə idman daha keyfiyyətli yuxu təmin edir. O, həmçinin hüceyrələrinizə oksigeni yandırmaq və dövr etmək üçün daha çox enerji verir. İdman etmək həm də əhvalınızı yüksəltməyə kömək edən daha yüksək dopamin səviyyələrinə çatmağınıza kömək edə bilər. Əlavə sağlamlıq faydaları əldə etmək üçün gəzinti zamanı sürətinizi vaxtaşırı artırmaqla belə başlaya bilərsiniz.
4- Tütün məmulatları istifadə etməyin: Bilirsiniz ki, siqaret sağlamlığınıza təhlükə yaradır. Amma siz də bilirdinizmi ki, siqaret həqiqətən enerjinizi boşaldır, yuxusuzluğa səbəb olur? Tütünün tərkibindəki nikotin stimullaşdırıcı olduğu üçün ürək döyüntüsünüzü artırır, qan təzyiqinizi yüksəldir və oyanıqlıqla bağlı beyin dalğası fəaliyyətini stimullaşdıraraq yuxuya getməyinizi çətinləşdirir və bunu etdikdən sonra onun asılılıq gücü işə düşə bilər.
5- Yuxunuzu məhdudlaşdırın: Yuxusuz olduğunuzu düşünürsünüzsə, daha az yatmağa çalışın. Bu məsləhət qəribə görünə bilər, amma əslində nə qədər yuxuya ehtiyacınız olduğunu müəyyən etmək yuxuya getməzdən əvvəl yataqda keçirdiyiniz vaxtı azalda bilər. Bu proses yuxuya getməyinizi asanlaşdırır və uzun müddətdə daha rahat yuxu təmin edir.
6- Enerji qazanmaq üçün yaxşı yeyin : Aşağı glisemik indeksi olan qidaları yemək (şəkərləri yavaş-yavaş udulur) sürətli əmilən şəkərlər və ya təmizlənmiş nişastalar yedikdən sonra yaranan "enerji gecikməsindən" qaçınmağa kömək edə bilər. Aşağı glisemik indeksi olan qidalara tam taxıllar, yüksək lifli tərəvəzlər, qoz-fındıq, sağlam yağlar və zeytun yağı kimi qidalar daxildir. Ümumiyyətlə, yüksək karbohidratlı qidalar ən yüksək glisemik indeksə malikdir. Zülalların və yağların glisemik indeksi sıfıra yaxındır.
7- Kofeini öz xeyrinizə istifadə edin: Kofein diqqəti artırmağa kömək edir. Buna görə də, bir fincan qəhvə içmək fikrinizi kəskinləşdirməyə və aydınlaşdırmağa kömək edə bilər. Ancaq kofeinin enerji verən təsirlərini əldə etmək üçün ondan ağıllı şəkildə istifadə etməlisiniz. Xüsusilə, çox miqdarda və ya gecə saatlarında istifadə edildikdə yuxusuzluğa səbəb ola bilər.
8- Spirtli içkilərdən istifadə etməyin : Günorta yorğunluğundan qorunmağın ən yaxşı yollarından biri nahar zamanı spirtli içki qəbul etməməkdir. Alkoqolun sakitləşdirici təsiri xüsusilə günorta saatlarında daha güclü olur. Eynilə, axşam enerjili qalmaq istəyirsinizsə, saat beşdən sonra kokteyllərdən qaçın.
9- Su içmək: Bütün gərgin dözümlülük fəaliyyətlərində performansı yaxşılaşdırdığı nümayiş etdirilən bir qida maddəsi hansıdır? Bahalı idman içkisi deyil, təbii ki, su. Bədəninizdə maye çatışmazlığı varsa, ilk əlamətlərdən biri şübhəsiz ki, yorğunluq hissi olacaqdır.
Mənbə: Habertürk
Tərcümə etdi: Türkanə Məşədiyeva
