
Sevgi insanı bir insana və ya obyektə maraqlandıran, bağlayan ən səmimi hissdir. Bu səbəbdən insanları həyata bağlayan əsas duyğu kimi tanınır. Sevgi gün boyu xoşbəxtliyi yayaraq daha sağlam həyat sürməyə imkan verir.
Emosiya nədir?
Emosiya həyatı anlamağa kömək edən hadisə, şəxs və ya obyektin insanın daxili aləmində yaratdığı hissdir. Buna görə hisslərimiz çox vacibdir. Sevgi insanların həyatına rəhbərlik edən duyğulardan biridir. Sevginin bədənə təsiri sonsuzdur. Sevgi insanlara daha az infeksiyaya yoluxmağa və qanlarında daha çox ağ qan hüceyrələrinə malik olmağa kömək edir. Bundan əlavə, sevgi ilə gələn sakitlik, əmin-amanlıq və hüzur vəziyyəti də qan təzyiqini azaldır. Bu infarkt və stress riskini azaldır.
Duyğuların bədənimizə təsiri nədir?
Duyğular davranışa böyük təsir göstərir. Qəzəb anlarımız və sakit vəziyyətlərimiz bir-birindən son dərəcə fərqlidir. Sevgi insanlara daha sakit və daha ardıcıl olmağa kömək edir. Bu səbəbdən duyğuların bədənə təsiri danılmaz bir həqiqətdir.
Stressin ürək sağlamlığına təsiri nədir?
Ürək sağlamlığına təsir edən faktorlar arasında ilk sırada əsəblər və stress gəlir. Həddindən artıq stressə məruz qalan insanlar bədəndə əmələ gələn stress hormonları səbəbindən infarkt kimi ürək-damar xəstəlikləri ilə qarşılaşa bilərlər. Şiddətli stress infarkt riskini artırsa da, əsasən, stress səbəbiylə meydana gələn müvəqqəti infarkt kimi tanınan stress kardiomiopatiyası riski də artır.
Stresli kardiomiyopatiya, həmçinin qırıq ürək sindromu kimi də tanınır. Qırılmış ürək sindromunun simptomları tipik bir infarkt zamanı müşahidə olunanlara çox oxşardır. Bu xəstəlik infarkt, sinə ağrısı, nəfəs darlığı və aşağı təzyiq kimi təsirlərə səbəb olur. Sözügedən xəstəlik hətta konjestif ürək çatışmazlığına səbəb ola bilər. Qırılan ürək sindromu infarkt kimi stresli hadisələr nəticəsində də baş verir. Ailədə ölüm, tibbi xəstəlik aşkarlanması, ciddi maddi itki, həddindən artıq qəzəb, məişət zorakılığı kimi hallar ürək xəstəliklərinin yaranmasına səbəb olur. Bundan əlavə, ağır travmaya səbəb olan yol qəzası və ya ciddi stresli təcrübə də ürəyi təhdid edə bilər.
Sevginin ürəyə təsiri nədir?
Sevginin faydaları, ilk növbədə, ürəyin və psixologiyanın korreksiyasını təmin edir. Sevgi və məhəbbət kimi güclü və saf duyğular sizi gün ərzində rahat və xoşbəxt hiss etdiyi üçün ürəyə müsbət təsir edir. Sevginin qəlbə təsirlərini sizin üçün sadaladıq :
■ Qan təzyiqini aşağı salır
■ Damarları qoruyur
■ Yuxu keyfiyyətini yaxşılaşdırır
■ Stress hormonlarını azaldır
■ Şəkər və xolesterin səviyyələrini düzəldir
■ İnfarkt riskini azaldır
Sadaladığımız faydalardan çox daha çoxunu təmin edən sevgi həyatınızın rahat və xoşbəxt olmasını təmin edir. İnsana rahatlıq bəxş edəcək ailə, heyvan və təbiət sevgisi də insanların xoşbəxt yaşamasına şərait yaradır.
Sevginin müsbət təsirləri necə görünür?
Sevgi yaratdığı duyğu sayəsində bir çox hadisələri müsbət görməyə kömək edir. Özümüzü dinc hiss etdiyimiz zaman gün ərzində stress və xaos daha az düşünülür. Sevginin təsirlərinə uzun yaşamaq və özünü xoşbəxt hiss etmək istəyi daxildir. Sevgi gündəlik həyata təsir etdiyi üçün hər zaman özünü hiss etdirən bir duyğudur.
Ən yaxşı dostlarımız, ev heyvanlarımızla vaxt keçirməyin ürək faydaları nələrdir?
Ev heyvanları mehriban münasibəti ilə uşaqların və böyüklərin həyatında iştirak etdikləri üçün gün ərzində stressi azaltmağa kömək edir. Heyvanlar heç bir qarşılıq gözləmədən sevgi bəxş etdikləri üçün insanların həyatına müsbət təsir edir.Ev heyvanları ilə yaşamaq ürək üçün də faydalıdır, çünki bu, məşğul günün sonunda bütün stresdən azad olmağa kömək edir.
Mənbə : Heryasta.org
Tərcümə etdi : Aysel Aslanova
